Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən Kəlbəcər rayonundan seçilmiş məktəbliləri qəbul edib. Dalidag.az -ın xəbərinə görə, görüşdə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri, forumda iştirak edən məktəblilərin təhsil

Koronavirus xəstəsi Kəlbəcər rayonuna icazəsiz keçməyə cəhd edib. Dalidag.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan lent.az-a verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşları komendant postunda xidmət aparan zamanı, müvafiq icazəsi olmadan Kəlbəcər rayonuna getmək istəyən şəxsi saxlayıb. Araşdırmalar zamanı Qazax rayon sakini Yaşar Allaxquliyevin eyni zamanda COVİD-19 infeksiyasına yoluxduğu üçün ev şəraitində müalicə olunmalı olduğu

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Güneypəyə kəndindən videogörüntülər yayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planlarının hazırlanması işləri üzrə ilkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nəbilər kəndindən videogörüntülər yayıb. Dalidag.az həmim görüntüləri təqdim edir:

Rəhman Verdiyev Həyatıma şirinlik qatan məqamlardan biri də bu olub ki, dostlarım arasında özümdən yaşlı insanlar da az olmayıb. Peşəsindən və sənətindən asılı olmayaraq bu dostluq körpüsünün özülündə isə çox vaxt sözə-saza bağlılıq, yurd sevgisi kimi mübhəm hisslər dayanıb. Belə unudulmaz insanlardan biri də bu yaxınlarda dünyasını dəyişmiş gözəl alim, incə duyğulu şair, hər şeydən öncə isə müdrik ağsaqqal idi. Yaxşı xatırlayıram ki mən hələ uşaq olanda böyüklərimiz bir soyadı hər zaman böyük

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti təxribata əl atıb. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. "Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı

Dekabrın 8-i saat 14.35-dən 15.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə heç bir səbəb olmadan intensiv atəşə tutub. Dalidag.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəfin susdurulması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab
Yazı axını