YAP Kəlbəcər rayon təşkilatı "Prezident İlham Əliyev - xalqın sevgisini qazanan Lider" mövzusunda tədbir keçirdi

11-04-2023 20:30

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı 11 Aprel 2023-cü il tarixində "Prezident İlham Əliyev - xalqın sevgisini qazanan Lider" mövzusunda tədbir keçirdi.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, xalqımız 2018-ci il aprelin 11-də keçirilən Prezident seçkilərində də Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi. Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın sevimlisi olmaq, onun hörmət və ehtiramını qazanmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev, özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil! Cənab Prezident İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi, xalqına, məcburi köçkünlərə verdiyi sözə sahib çıxdı, güclü Azərbaycan yaradaraq düşməni onunla hesablaşmağa məcbur etdi. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik lider, böyük strateq, qalib sərkərdə kimi adını əbədi olaraq tarixə yazdırdı, 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikası regionun lider ölkəsinə çevrilib. Bu, bir daha onu göstərir ki, ölkə Prezidenti düzgün xarici siyasət, o cümlədən, məqsədyönlü iqtisadi siyasət həyata keçirir. Azərbaycanda iqtisadi inkişaf strategiyasının əsasını qoyan Ümumilli Liderimiz iqtisadi islahatlar həyata keçirdi ki, bu islahatlar bu gün də uğurla həyata keçirilməkdədir. Kəlbəcər rayon Geşdək kənd İcra nümayəndəsi Şəhid övladı Ceyhun Allahverdiyev çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin sosial paketlərdən ibarət olan yeni islahat kursu növbəti dəfə təsdiqləyir ki, o, hər bir Azərbaycan vətəndaşının prezidentidir. Cənab Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır.
Kəlbəcər rayon Mərcimək kənd İcra nümayəndəsi İsmayıl Ağamalıyev və digər çıxış edənlər qeyd etdilər ki, son 20 ildə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Dövlətimizin başçısı İlham Əliyev hələ 2003-cü ildə keçirilən prezident seçkilərindən sonra andiçmə mərasimi zamanı söylədiyi "Mən hər bir Azərbaycanlının Prezidenti olacağam" fikrinə sadiqliyini öz əməlləri ilə sübuta yetirib.

Dalidag.az





Kateqoriya: Kəlbəcər
Tarix: 11-04-2023 20:30
Baxış sayı: 3259
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını