Reklam
AYB-də kəlbəcərli şair Ələkbər Sönməzin yeni kitabının təqdimatı oldu -ŞƏKİLLƏR
17-04-2023 11:49
Tanınmış el şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələkbər Sönməzin yeni çapdan çıxmış "Bir ömrü mən də belə yaşadım" adlı şeirlər kitabının təqdimatı olub.
İ.Məmmədli şairin acılı-şirinli həyat yolundan, Başlıbeldəki 4 aylıq mühasirə gündəliyindən və yaradıcılığından geniş bəhs edib.
Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov, Əməkdar jurnalist Əlövsət Ağalarov, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, fəlsəfə doktoru Məhəmməd Cəbrayılov, "Başlıbelə dəstək" İctimai Birliyinin sədri Vüqar Həşimov, sədr müavini Nurəddin Həşimov, ictimai fəal Rövşən Hüseynli və digərləri çıxış edərək, şairin yaradıcılığına nəzər salıb, ədəbi yaradıcılığını təhlil ediblər.
Şairlərdən Əjdər Əslisaf, Nuridə Misir, jurnalistərdən-İctimai tv-nin ıməkdaşı Vüsalə Məmmədova, "Yeni Müsavat" qəzetinin əməkdaşı" Etibar Seyidağa, Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbərl Xalid Vahidoğlu Ə.Sönməzi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib, yaradıcılığının bəzi məqamlarına toxunublar.
"Dəlidağ" Ədəbi Birliyinin sədri şair, jurnalist Namiq Dəlidağlı da öz növbəsində müəllifi təbrik edib, yaradıcılıq uğurları diləyib və ona birliyin "Uğur" diplomunu təqdim edib.Kəlbəcərin işğalı zamanı 4 ay ailəsi və digər Başlıbel sakinləri ilə bərabər mühasirədə qalan şairin həmdərdliləri, faciəni gözləri ilə görən İsmət və Qismət Əzizovlar o günləri xatırlayıb və Ə.Sönməz yaradıcılığında yurd göynəyinin, ağrı-acının təbii çalarlarından danışıblar.
İstedadlı aşıq Hikmət Həsənovun ifasında şairin şeirləri səsləndirib.
S.Qərib
Dalidag.az







Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 17-04-2023 11:49
Baxış sayı: 21 183Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















