Qənbər Şəmşiroğlu (Elegiya) 1987-ci ildən yaxından tanıdığım, dəyərli ziyalı, istedadlı şair, nasir, daramtuq, publisist, ictimai xadim Qənbər Şəmşiroğlunun haqq dünyasına qovuşmasını eşidəndə bu, mənə çox pis təsir elədi. Çünki biz onunla “Ağdaban harayı” adlı pyes üzərində işləyirdik. Bu il Ağdabanın işğalından otuz il keçir. Çox istəyrdim ki, o, bu pyesin premyerasında iştirak eləsin. Biz onunla bir vaxtlar “Caninin etirafı” romanı əsasında eyni adlı pyesini işləmişdik. Bu pyesə mən 2019-ci

Ard-arda ölüm xəbərləri Kəlbəcər camaatını çox sarsıtdı. Yenə bir ana itirdi yurd həsrətliləri. Dalidag.az xəbər verir ki, sinəsinə iki oğul dağı çəkilən, şəhid anası, şair Mirsəyyaf Zamanlının həyat yoldaşı Ziyadə Zamanova müvəqqəti məskunlaşdıgı Suraxanı rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Mirsəyyaf Zamanlının bir oğlu Kəlbəcərin işğalından az öncə yeniyetmə yaşlarında faciəli şəkildə həlak olub. Digər oğlu Məzahir Zamanov isə Birinci Qarabag müharibəsində Kəlbəcər uğrunda döyüşlərdə

KƏLBƏCƏR İCTİMAİYYƏTİNƏ DAHA BİR AĞIR İTKİ... Bəli bir Anamız da doğma yurd-yuva deyə-deyə Haqq dünyasına qovuşdu... Bu hamımızın yaxşı tanıdığımız, Qılınclı kənd sakini Fəhruz Nəcəfova idi. Halal zəhməti ilə, insanlığı ilə, səmimiyyəti ilə bütün kəlbəcərlilərin əzizi və doğması idi Fəhruz Anamız 2022 ci il, yanvar ayının 10 da Tərtər rayonunda Haqq dünyasına qovuşdu. Kəlbəcərlilərimiz bir Ana da itirdi. Allah rəhmət eləsin! Ruhu şad olsun! Mən də çox yaxından tanıyırdım. Hətta ömür-gün yoldaşı

Azərenerji ASC Kəlbəcər rayonundakı “Qaraarxac”, Meydan-2, Tərtər-3, Tərtər-2 və Kəlbəcər-3 kiçik su elektrik stansiyalarının (SES) yenidən qurulması üçün tenderlər elan edib. Dalidag.az xəbər verir ki, iddiaçılar dövlət satınalmalarının vahid internet portalından tender haqqında ətraflı məlumat əldə edə bilərlər.

Daha bir kəlbəcərli ana itirdik. 28 ilə yaxın düşmən tapdağında inləyən yurdun həsrətini çəkən, bu ağrı, bu göynəklə yaşayan bir ana. Azadlığına qovuşmuş yurda dönmək yanğısı ilə günləri sayan ana. Nə yazıq ki, amansız ölüm ürəyi Kəlbəcər həsrəti ilə döyünən Fəhruz ananı da haqladı. Dalidag.az xəbər verir ki, Kəlbəcər rayonu, Qılınclı kənd sakini Fəhruz Nəcəfova vəfat edib. Qeyd edək ki, Fəhruz Nəcəfova 1975-1985-ci illərdə IX və X çağırış Azərbaycan SSR-in deputatı olub. 2-ci və 3-cü dərəcəli

Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə heç bir aviasiya vasitəsi və artilleriyadan istifadə etmədən qarşı tərəfin susdurulması məqsədilə adekvat cavab tədbirləri həyata keçirir. Hazırda əməliyyat şəraiti

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Azərbaycan

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti

Ələkbər Bikəs Ələkbər Bikəs (Ələkbər Əbdüləli oğlu Səlimov) Kəlbəcərin Başlıbel kəndində anadan olub. Orta məktəb illərindən şeir yazmağa başlayıb. Ailənin tək oğlu olduğu üçün özünə "Bikəs" təxəllüsünü seçib. Filoloq Əhəd Məmmədovun Ələkbər Bikəsin “Qəlbim mənim Kəlbəcərdi” adlı şeirlər kitabına yazdığı “Ön söz”dən: “...1993-cü il aprel ayının 1-də, doğma Başlıbeldən, ata yurdu Kəlbəcərdən çıxmağa gecikir. Düşmən gülləsinə tuş gəlməyi arzulasa da düşmən əlinə sağ keçdi. Yurd-yuvasının talan

Kəlbəcər ictimaiyyətinə ağır itki üz verib. D aha bir yurd həsrətlisi yurduna qovuşmadan dünyadan köçdü. Dalidag.az xəbər verir ki, uzun illər Kəlbəcər təhsilinə öz töhfələrini vermiş müəllim-şair Hümmət Əmrahov vəfat edib. Qeyd edək ki, Hümmət Məhəmməd oğlu Əmrahov (Hümmət Qəlbinur) 1936- cı ildə Kəlbəcər rayonunun Çovdar kəndində dünyaya göz açıb. İbtidai təhsilini doğulduğu kənddə, orta məktəbi isə Kəlbəcər şəhərində bitirib. 1962 -ci ildə Azərbaycan Pedoqoji İnstitutuna (APİ) qəbul olub.
Yazı axını