Reklam
Azər Qocayev Qaradağda səyyar qəbul keçirib - Şəkillər
19-05-2023 18:42
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2 köçkün qəsəbəsi, Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşlar üçün səyyar-görüş qəbulu keçirib.Dalidag.az-ın xəbərinə görə, səyyar qəbulda Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və həmin ərazidə müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri iştirak edib.

RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbədən, həmçinin əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət proqramlarından söz açıb.
Daha sonra qəbulda iştirak edən rayon sakinləri ümumi problemlərini, həmçinin vətəndaşlar onları narahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar.
Vətəndaşların səsləndirdiyi müraciətlərin qeydiyyatı aparılaraq nəzarətə götürülüb, RİH-in səlahiyyətləri daxilində olan məsələlərin həll ediləcəyi, digər müraciətlərin həlli istiqamətində isə müvafiq dövlət qurumları qarşısında məsələ qaldırılacağı bildirilib.
Dalidag.az











Kateqoriya: Kəlbəcər
Tarix: 19-05-2023 18:42
Baxış sayı: 2367Yazı axını
23 / 10 / 2025
23 / 10 / 2025
22 / 10 / 2025
21 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
20 / 10 / 2025
19 / 10 / 2025
19 / 10 / 2025
18 / 10 / 2025
18 / 10 / 2025
17 / 10 / 2025
17 / 10 / 2025
17 / 10 / 2025
16 / 10 / 2025
16 / 10 / 2025
15 / 10 / 2025
15 / 10 / 2025
15 / 10 / 2025
14 / 10 / 2025
14 / 10 / 2025
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
Ən çox oxunanlar




























