Reklam
Kəlbəcərli məktəb direktoru vəfat etdi
13-05-2023 15:53

Kəlbəcər ictimaiyyətinə daha bir ağır itki üz verdi, daha bir müəllim ömrü yarımçıq qaldı.
Dalidag.az xəbər verir ki, Kəlbəcər rayon 20 nömrəli tam orta məktəbin direktoru Şəfi Murtuzayev vəfat edib.
Qeyd edək ki, Şəfi Həsən oğlu Murtuzayev YAP Kəlbəcər rayon təşkilatının fəal üzvlərindən olub.
İxtisasca riyaziyyatçı olan Ş.Murtuzayev həm müəllim, həm direktor kimi fəaliyyəti ilə rayon ictimaiyyətinin rəğbətini qazanıb. Bununla yanaşı, o rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib. İdarəçiliyi və nümunəvi rəhbərliyi vətəndaş olaraq da onun üstün keyfiyyətinin təzahürüdür. Rəhbərlik etdiyi orta məktəbdən yüzlərlə məzunun universitetlərə qəbul olunması onun direktor kimi fəalliyyətinin yüksək səviyyədə olmasının göstəricisidir.
Səmimi insan, dəyərli pedaqoq, vicdanlı məmur, ən əsası əsl vətəndaş kimi yaddaşlarda qalan Şəfi Murtuzayevin əziz xatirəsi sevənlərinin qəlbində daim yaşayacaq.
Allah rəhmət etsin!
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 13-05-2023 15:53
Baxış sayı: 3941Yazı axını
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
Ən çox oxunanlar





























