Aşıq Şəmşir ocağına ağır itki üz verib. Dalidag.az xəbər verir ki, təkcə Kəlbəcərdə deyil, bütün Azərbaycanda nüfuz, hörmət sahibi olan, şair, yazıçı, ictimai xadim, Dədə Şəmşir yadigarı Qənbər Şəmşiroğlu bu gecə 88 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik

Baş Qərargah rəisi Kəlbəcərdə Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub. Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib. Baş Qərargah rəisi Ermənistanla dövlət

Atasızlığın ağrı-acısını 11 yaşımda, soyuq dekabr günü daddım. O vaxtdan ürəyim üşüyür. Həmin gündən atasızlığın amansız sınağı məni dara çəkdi, acısı, ağrısı, göynərtisi iliyimə işlədi. Bir sözlə, atadan yetim qalmağın dəhşətli üzünü gördüm... Bunu çəkənlər bilir, heç kimə vaxtsız ata itkisi diləmirəm... O gündən ürəyim qorxdu, çöl-bayırda atalı uşaqlarla sözüm çəp gələndə həmən gözümün önünə onların ataları gəldi, çəkindim, ürəyim istədiyi kimi uşaqlıq şıltaqlığının, nadincliyinin həzzini ala

44 günlük müharibə nəticəsində Azərbaycan ordusu öz ərazilərini təxminən 30 illik işğaldan azad etdi. Bu qələbə regional təhlükəsizliyi, yeni imkanları, ayrı-ayrı ölkələrin və və ümumilikdə regionun inikişaf perspektivlərini əks etdirir. Dalidag.az bildirir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-sabit hava şəraiti ilə bağlı "Zəfər yolu” və Kəlbəcər yolundakı vəziyyəti açıqlayıb. Dalidag.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. “23 dekabr 2021-ci il saat 10:00-a olan məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “Zəfər yolu”nda yağıntı olmasa da, ərazidə 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. "Toğanalı-Kəlbəcər-İstisu yolunda da hazırda yağıntı yoxdur.

Birinci Qarabağ müharibəsində döyüşən erməni hərbçinin işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı etiraflarının yer aldığı video sosial şəbəkələrdə yayılıb. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, Ermənistanın “Lratvakan” radionun efirində çıxış edən erməni hərbçi Laçın və Kəlbəcəri dağıtdıqlarını etiraf edir: “Biz Laçını, Kəlbəcəri “azad etdik”, amma hər şeyi yandırdıq, dağıtdıq. Buna görə bizim indi iqtisadiyyatımız yoxdur. Təsəvvür edin, əgər bütün “azad olunmuş” ərazilərdə

Kəlbəcər şəhərinin layihəsi artıq hazırdır. Dalidag.az xəbər verir ki, Kəlbəcərin bərpa və quruculuq, bütün infrastruktur layihələrin icrasından sonrakı görüntüsü yayılıb. Burada Eko kənd, turistik bölgə, yaşayış kompleksləri, seyrangah teras kompleksi, şəhər mərkəzində inzibati binaların tikntisi ilə yanaşı 1000 nəfərlik tam orta məktəbin, 350 nəfərlik kollecin inşası nəzərdə tutulur. İlkin mərhələdə 200 ailənin köçürülməsi planlaşdırılır.milli.az Dalidag.az

Baş prokuror Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edib. Dalidag.az xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin edilib. İnformasiya Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən təsdiq edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və

Almaniya Federativ Respublikası tərəfindən təşkil olunan, dünya üzrə 10-cu və 11-ci siniflər arasında keçirilən Beynəlxalq STEM riyaziyyat olimpiadasının mərhələlər üzrə nəticələri məlum olub. Dalidag.az -ın məlumatlna görə, qaliblər arasında Kəlbəcər məktəblisi də var. Belə ki, Kəlbəcər rayon 17 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rəvan Rizvan oğlu Hüseynzadə olimpiadada ikinci yer tutaraq, finala vəsiqə qazanıb. Dalidag.az olaraq, bu münasibətlə Rəvanı təbrik edir, davamlı uğurlar

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün görülən işlər davam etdirilir. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Müdafiə Nazirliyinin rəhbərliyi yeni inşa olunmuş hərbi təyinatlı obyektlərin açılışında iştirak edib. Hərbi qulluqçuların yaşayış
Yazı axını