Reklam

Kəlbəcər onun üçün aldığı nəfəs, içdiyi su qədər əzizdir...
30-04-2023 21:34

...Mən kəndimizdən çıxanda çox gənc idim...
O səbəbdən də, nə kəndimizin, nə də kəndimizə qonşu kəndlərin- Zallar, Yanşaq, Binə, Qasım Binə, Bağırlı, Bağarsaq kəndlərinin adamlarının çoxu, ələlxüsus, gənclər yadımda qalmasa da, o ərazinin təbiəti, indi də, hər daşına, hər sısqa bulağına, gülünə, çiçəyinə, böcəyinə, sevdiyim, qoxusu heç vaxt burnumdan getməyən qan bənövşəyə qədər yaddaşımda kodlaşıb və ümidlərimdə yaşatdığım bir arzu ilə nə vaxtsa Kəlbəcərə qovuşmağımı da bilirəm. Nə fərqi, ya cismən ya ruhən.
Kəlbəcər işğal olunanda mən Almanyada yaşayırdım. Ara sira eşirdiyim xəbərlər məni dəhşətə gətirirdi. Azərbaycanın ərazi baxımından ən böyük rayonu olan 60 000 min nəfərlik Kəlbəcər sakinləri, heç vaxt görmədiyim Murov yolunda, qarın, çövğunun, ölümün içindən adlayaraq, bundan sonra yaşayacaq qaçqın, köçkün ömürlərini, sanki, içərimdən keçib gedirdilər...
Beləliklə, mən Bakıya qayıdnda, Kəlbəcər işğal altında idi və qohumlarım, tanıdığım insanlar pərən - pərən olmuşdular. Hər bir kəlbəcərli kimi, mən də Kəlbəcərdən yeniliklər axtarışında ikən, "Youtub" kanalında Kəlbəcər haqqında çoxlu videolar paylaşan bir adam diqqətimi cəlb elədi. Sanki o Kəlbəcərdən paylaşdığı videonlala, mən Kəlbəcərə gedib qayıdırdım.
Məlum oldu ki, bu gənc, kəlbəcərlidir və atası "Qasım binəsi" deyilən kənddəndir. Yuxararıda göstərdiyim kəndlər bir-birinə yaxın idi, demək olar ki, hamı bir-birinə qohum idi. Saydığım kəndlərin adamları bir biri ilə yaxın qohum olmasa da, kökü bir neçə yüzilliyə söykənən səcərə qohumu idilər. Sonrakı görüşlərimizdə o özü haqqında danışır:
Atası Akif müəllim, işi ilə əlaqədar olaraq, ailəsi ilə birlikdə Kəlbəcərin özündə yaşayır.
Ermənilər rayonu işğal edəndə, onun 17 yaşı var imiş. Atası eşidəndə ki, rayonda qarışıqlıqdı, ailəni kəndə- ata yurduna gətirir. Kənddə bircə nəfərin də olmadığını görüb, Murov yolu ilə, əvvəlcə Mingəçevirdə, sonra isə Bakıda məskunlaşırlar. Burda o, valideynlərini və bir çox doğmalarını vaxtsız itirir. Bir neçə ildən sonra, gənc oğlan anlayir ki geriyə- Kəlbəcərə dönüş yoxdur.

Qoy arzuları çin olsun.
17 - 47 yaş arasındakı məsafə uzunluğunun zaman tunelindən kecən bu adamla tanış olaq:
Bu təvəzökar adam Zaur Akifoğludur.
Bu adı "Youtub"a yazsanız, Kəlbəcərin bütün gözəlliklərini, bununla bərabər, erməni vandallarının etdikləri vəhşiliklərin bir daha şahıdi olacaqsınız.
Sizə işlərinizdə uğurlar arzulayıram, Vətən fədaisi, yurd daşı!
Nuridə Misir
30 aprel 2023
Dalidag.az






Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
