Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev II Fəxri Xiyabanda dəfn edilmiş Milli Qəhrəman General-Mayor Polad Həşimovun, Polkovnik–Leytenant Anar Əliyevin, Polkovnik–Leytenant Rasim Abdullayevin, Polkovnik–Leytenant Zaur Cəfərovun, Leytenant Nicat Atayevin, əsgər Elnur Mustafayevin və digər şəhid məzarlarını ziyarət etdi. Dalidag.az -ın xəbərinə görə, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı şəhəri Abşeron rayonu Xırdalan şəhərində şəhid Polkovnik–Leytenant

Ötən gün, avqustun 25-də Azərbaycan hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb. Ermənistan mətbuatı yazır ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. "Avqustun 25-də saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux hissəsini bağlayıb. Yolun açılması, insanların və nəqliyyat vasitələrinin normal hərəkətinin bərpası üçün işlər davam etdirilir”, - deyə Ermənistan Milli

Avqustun 26-da Laçın rayonu sakinləri işğaldan sonra ilk dəfə Qorçu kəndinə səfər ediblər. Dalidag.az xəbər verir ki, 40-a yaxın laçınlının iştirak etdiyi səfərdə onların Qorçu kəndində həyata keçirilmiş infrastruktur layihələrlə tanışlığı nəzərdə tutulub.

Bu gün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə səfərdə olan bir qrup əcnəbi jurnalistlə - Meksikanın nüfuzlu “El Universal” gündəlik qəzetinin redaktoru Qabriel Moyssen, Kolumbiyanın "Impacto Mundo" telekanalının aparıcısı, "Las2Orillas", "El Expediente" ve "Ola Politica" agentliklərinin müxbiri Roberto Trobaxo, Peru Jurnalistlər Federasiyasının vitse-prezidenti Rikardo Sançes, bu ölkənin "La Razon" qəzetinin və

İsmayıl bəy Qutqaşınlı keçmiş Qutqaşın mahalında (indiki Qəbələ şəhərində) 27 yanvar 1806-ci ildə anadan olmuşdur. Qurban bayramında dünyaya gəldiyinə görə ona İsmayıl adını qoyublar. İsmayıl bəy Qutqaşinlının Azərbaycan ədəbiyyatında böyük bir maarifçi kimi xidmətləri danılmazdır. O, ədəbiyyatımıza müasir nəsri və hekayə janrını gətirən şəxsiyyətdir. İsmayıl bəy Qutqaşınlı Mirzə Fətəli Axundzadə, Qasim bəy Zakir, Abbasqulu ağa Bakixanov kimi ədiblərimiz ilə dost olmuşdur. İsmayıl bəy

Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir. Bu bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa daxil olur. Rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır. Dalidag.az xəbərr verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Laçın dəhlizinin

“Ermənistan rəhbərliyi anlayır ki, Zəngəzur dəhlizi olmadan Ermənistanın Türkiyə, Azərbaycan, Qərb və Çinlə heç bir iqtisadi əlaqə olmayacaq”. Dalidag .az xəbər verir ki, bunu türkiyəli politoloq Engin Özer bildirib. “Düşünürəm ki, Nikol Paşinyana ultranasionalistləri nəzarətə götürmək üçün bir az daha vaxt lazımdır. Sonra Zəngəzur dəhlizinin açılması ilə bağlı elan olacaq”. O bildirib ki, digər məsələ Rusiya faktorudur: “Rusiya bu nəqliyyat dəhlizinin açılmasında nə dərəcədə maraqlıdır və

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutulub Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 24-ü saat 13:40-da Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və snayper tüfəngindən istifadə etməklə fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibə verdiyi itkilərin sayını açıqlayıb. Dalidag.az xəbər verir ki, hökumət başçısı parlamentdəki çıxışında II Qarabağ müharibəsində 3773 erməni hərbçisinin öldüyünü söyləyib. O bununla yanaşı, 243 hərbçinin itkin düşdüyünü və onların qalıqlarının axtarıldığını əlavə edib.
Yazı axını