Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun açılması ilə bağlı üçtərəfli danışıqlar davam edir. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata əsasən, danışıqlar Azərbaycan tərəfi ilə MTX-nin hərbçiləri və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd bölmələrinin iştirakı ilə keçirilir. Bildirilir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qarşı tərəfə azərbaycanlı sərhədçilərdən birinə edilən hücumla bağlı məlumat

Avqustun 23-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilən ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazilərə daxil olmaq istəyən Bəhrəm Əhmədli, Rəfi Mamedov, Qabil Əhmədov, Ceyhun Məmmədov və Əjdər Əhmədov saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq

Sabah Şuşada Vaqif Poeziya günləri keçiriləcək Dalidag.az-a daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri bu tədbirdə iştirak edəcəklər. Xaricdən şair və yazıçıların da tədbirə dəvət edildiyi bildirilir. Vaqif Poeziya günlərinə Vətən müharibəsində iştirak etmiş qazi şairlər də qatılacaqlar.

Bu gün Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Dalidag.az xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutacaq. Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri
Yazı axını