Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilər arasında güclü panika hökm sürür. Buna səbəb sosial şəbəkələrdə yayılan şaiyələrdir. Həmin şaiyələrə əsasən Azərbaycan ordusunun bölmələri Xankəndinə daxil olubar. Bu şaiyələrin təsiri altında bir çoxları Xankəndini tərk edib Yerevana gediblər. Onlar deyirlər ki, dolaşan şaiyələrə əsasən Xankəndindəki separatçı administrasiyanın bir qismi Azərbaycan hakimiyyəti ilə əməkdaşlığa hazır olduğunu bildirir.

Üzərinə hər-hansı bir missiya götürmək, bir addım atmaq, getdiyin yolda bütün problemləri, qarşına çıxacaq çətinlikləri, maneələri gözə alıb irəliləmək mütləq qətiyyət tələb edir. Düz 5 il əvvəl biz də qətiyyətimizə söykənib çətin və məsuliyyətli bir yola çıxdıq. Yolumuzun adını “Manevr.az” qoyduq- operativ xəbər saytı. Məqsədimiz, məramımız bəlli, operativ və ədalətli olmaq, hadisələrə obyektiv yanaşmaq, oxucunu təzə xəbərlə təmin etmək... 2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək

Azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin intensiv döyüş hazırlığı səviyyəsi artırılır. Dalidag.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun sutkaboyu fasiləsiz olaraq xidmət aparılır və yüksək səviyyədə döyüş növbətçiliyi təşkil olunur. Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Cavab atəşi ilə qarşı tərəf susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir,
Yazı axını