Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dalidag.az

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib. Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri

Müasir dövrün tələblərindən ən vacibi hesab edilən internet resurslarından istifadənin hamı üşün əlçatan olması dövlətimizin sosial siyasətinin tərkib hissəsidir. Pandemiya şəraitində vətəndaşlarımızın bir-biri ilə daha az təmasda olmasının vacibliyini nəzərə alsaq, bu baxımdan məsələ daha da aktuallaşır . Məcburi köçkün şəraitində ölkəmizin müxtəlif rayonlarında məskunlaşmış həmyerlilərimizin internet resurslarından istifadə etməklə mərkəzi icra orqanlarına online (internet vasitəsi ilə) ərizə
Yazı axını