Sabahdan Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası və digər dövlət tabeliyində olan ictimai kitabxanalar açılacaq. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, pandemiya ilə əlaqədar ölkə ərazisində kitabxanalar onlayn şəkildə fəaliyyət göstərirdi. Dalidag.az

Ermənistan paytaxtı İrəvanda yaşayan Vladimr Vardanyan İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə bir qolunu itirib. Dalidag.az xəbər verir ki, Vladimr Vardanyan "BBC News Azərbaycanca"ya müsahibəsində Qarabağda yaralanmasından, azərbaycanlılarla ermənilərin birgə yaşayıb-yaşaya bilməyəcəyindən danışıb."Onların (azərbaycanlıların - red.) qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndiyə girmələri dəqiqə məsələsi idi. Biz qalib gələ bilməzdik.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qəbul imtahanları zamanı ən yüksək bal toplamış 102 tələbəni əhatə edir. Dalidag.az "qafqazinfo"ya istinadən bildirir ki, qəbul imtahanı zamanı yüksək bal toplayaraq, tələbə adını qazananlar arasında bölgələrdə, kəndlərdə yerləşən məktəblərin kifayət qədər məzunları da var. Onların bəziləri barədə

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörək bişirmə sexinin açılışı olub. Açılış

Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq. Dalidag.az bildirir ki, bu barədə açıqlamasında arıçı-sahibkar Sabir Mustafayev deyib. Sahibkar bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: "Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət

El ağsaqqalı, yaradıcı istedad, şifahi xalq ədəbiyyatının ustadlarından sayılan Əyyub Cabbarov 5 mart 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası İmran sovet hakimiyyəti qurulandan ömrünün sonuna kimi Çıraqlı, Ağcakənd, Otaqlı, Şürtankəndlərində sovet sədri (indiki icra nümayəndəsi) vəzifəsində çalışıb. Ailədəiki qardaş, iki bacı olublar.Atasının sinəsi dastanlarla, qoşma-gəraylılarla dolu, anasının yaddaşı nağıllar, laylalarla zəngin idi.

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycanın Serbiyadakı səfirliyində müşavir işləmiş Qabil Köçərli ifadə verib. O bildirib ki, 2010-cu ildə Azərbaycanın Serbiyadakı səfirinin müşaviri təyin edilib: “Səfirlik üçün alınan binanın alqı-satqısında iştirak

“Bizim təqvimizdə artıq Zəfər Günü var. Ali Baş Komandan ölkəmizin iqtisadiyyatını gücləndirdi, orduda islahatlar apardı, Ordumuzu ən müasir silahlarla təmin etdi və zamanı gələndə “İrəli” komandası verdi. Düşmən müharibə zamanı ballistik silahlardan tutmuş digər vasitələrlə bizə zərbələr endirdi”. D alidag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Kadrlar baş idarəsinin rəisi general-mayor Bəkir Orucov deyib. Onun sözlərinə görə, düşmən fikirləşirdi ki, Aprel döyüşlərində itirdikləri

Rusiyanın "RBK" xəbər saytı tərəfindən Qarabağla bağlı paylaşılan xəritə böyük müzakirə mövzusuna çevrilib. Belə ki, sözügedən xəritədə Ağdərə, Xocalı və Xocavəndin yaxın zamanda Azərbaycanın nəzarətinə qaytarılacağı öz əksini tapıb. Sonradan mənbə həmin paylaşımı silsə də bu, məsələnin reallığı ilə bağlı şübhələri daha da artırıb. Dalidag.az bildirir ki, məsələ ilə bağlı bizim.media-ya danışan hərbi ekspert Üzeyir Cəfərov da bu ehtimalları yüksək qiymətləndirib: "Yaxın zamanlarda sözügedən

Prezident Əliyev Rusiya mediasına müsahibəsindən sonra Türkiyə mediasına müsahibə verdi: bu, Anım Günü ilə bağlı olsa da, Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar həm də siyasi gedişlərin tərkib hissəsi olduğunu deməyə əsas verir; Əliyev Rusiya mediasında Moskvaya iki müsbət siqnal ötürdü: - rus sülhməramlılarının fəaliyyətini qənaətbəxş adlandırdı: halbuki, öncəki çıxışlarından sərt mövqe sərgiləmişdi; - hərbi-texniki əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini
Yazı axını