Reklam
“Ayrılıq görüşdən qabağa düşdü” - Əyyub CABBAROV
28-09-2021 22:30
El ağsaqqalı, yaradıcı istedad, şifahi xalq ədəbiyyatının ustadlarından sayılan Əyyub Cabbarov 5 mart 1937-ci ildə Kəlbəcər rayonunun Məmmədsəfi kəndində ziyalı ailəsində dünyaya göz açıb.
Atası İmran sovet hakimiyyəti qurulandan ömrünün sonuna kimi Çıraqlı, Ağcakənd, Otaqlı, Şürtankəndlərində sovet sədri (indiki icra nümayəndəsi) vəzifəsində çalışıb. Ailədəiki qardaş, iki bacı olublar.Atasının sinəsi dastanlarla, qoşma-gəraylılarla dolu, anasının yaddaşı nağıllar, laylalarla zəngin idi. Qardaşı Yaqub Cabbarov “Həqiqət axtaran iki gözüm var” şeirlər kitabının müəllifi kimi tanınırdı.
...Əyyub Cabbarov 1957-ci ildə Bərdə rayonu Ləmbərən kəndində orta məktəbi bitirdikdən sonra bir neçə il fəhləliklə məşğul olmuş, 1963-cü ildə Bakı Plan-Uçot Texnikumunun Mühasibatlıq ixtisası üzrə əyani təhsil aıb, doğma rayonuna dönərək əmək fəaliyyətinə başlayıb: müxtəlif idarələrdə mühasib kimi çalışıb.
1967-ci ildə ali təhsilini indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində qiyabi davam etdirir. Mühasib vəzifəsində fəaliyyətini davam etdirməklə yanaşı, yaradıcı fəaliyyətlə də davamlı məşğul olub. Əyyub Cabbarov 10 yaşından bir-birindən gözəl qoşmalar qələmə alıb. Gənc yaşlarından etibarən isə poeziyanın müxtəlif janrlarında (gəraylı, təcnis, divani və s.) oxunaqlı şeirlər yazır. Onun şeirlərinin əksər hissəsi sevgi mövzusundadır, məhz bu səbəbdən də onu el arasında məhəbbət şairi adlandırırlar.
Qarabağ bölgəsinin tanınmış ziyalısı olaraq uzun həyat yolu keçən şair həm də gözəl ailə sahibidir. Onun 4 övladı – iki qızı və iki oğlu, şirin nəvələri və sevimli nəticələrivar.
1993-cü ildə erməni qəsbkarları tərəfindən Kəlbəcər rayonu işğal olunduqdan sonra o, ailəsi ilə birlikdə müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşır. Əyyub Cabbarov çox incəruhlu bir insan kimi tanınır. Məclislərin birində cızma-qarasını oxuyanı tənqid edən bir yaradıcı insan ondan soruşur: “Şair, siz bildiniz ki, bu gəncin yazdıqları şeir deyil, niyə ona irad tutmadınız?!” Şair cavabındabelə deyir: “Əgər bir könlü qurmağı bacarmıramsa, onu sındırmamaq daha yaxşı deyilmi?!”
Həyat onun üzünə hər zaman gülməyib, şairin Teyyub adlı böyük oğlu 2006-cı ildə infarktdan dünyasını vaxtsız dəyişib. Teyyubun gözünün ağı-qarası olan yeganə oğlu Burcu ali təhsilli iqtisadçıdır, hazırda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regionu üzrə rəhbər vəzifədə çalışır. Burcu işinin peşəkarı olan intellektual kimi tanınır. Məhz bu cəhətlərinə görə Əyyub Cabbarov onu özünün yaşam ruhunun qaynağı adlandırır, hər zaman nəvəsi ilə öyünür, onunla fəxr edir.
Şairin indiyə qədər 7 poetik kitabı işıq üzü görmüşdür. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun 1999-cu ildə “Yamanca tutulduq qarğışa, dağlar”(redaktoru jurnalist-naşir Əlövsət Ağalarov; Tehranda “Qum” mətbəəsində də fars əlifbası ilə təkrar çap olunub) adlı ilk kitabı işıq üzü görüb. Daha sonralar, 2006-cı ildə “Ayrılıq görüşdən qabağa düşdü” (redaktoru Əlövsət Ağalarov), 2006-cı ildə “Günahlı dünya” (redaktoru Zahid Muxtar), 2012-ci ildə “Ay arxadan baxan illər” (redaktoru Səbinə İsaqızı), 2015-ci ildə “Əyyub və Sənəm dastanı” (elmi redaktoru Füzuli Bayat, toplayanı və tərtibçisi: Cəmilə Çiçək) işıq üzü görmüşdür. “Əyyub və Sənəm dastanı” Qarabağ zonasında dillər əzbəri olaraq məclislərdə aşıqlar tərəfindən sevilə-seviləsazda ifa olunurdu və indi də sevgiylə dinlənilməkdədir.
Dastandan bir nümunəyə diqqət ayıraq:
Söz tamam olur. Əyyub qızlardan öyrənir ki, onlar aran ellərindən İstisuya gəliblər. Bir neçə gündən sonra Qaraarxac yaylağındakı obalarına gedəcəklər. O, iş yerinə gəlir. Gecikməsinin səbəbini soruşurlar. Alır görək suala şeirlə necə cavab verir:
Əziz qardaş, adım çıxdı yadımdan,
Dəlidağda elə gördüm Sənəmi!
Bir göz vurdum, toxunmadı nişana,
Dedi: Yeri,qocalmısansən, əmi!
Aran gözəlisən, dağlar qarısan,
“Hansı bəxtəvərin vəfadarısan?”
Dedim: Gözəllərin tacidarısan,
Gülüb dedi: Dərdi qalıb sənəmi?
Dedim: A mürvətsiz, umacağımvar.
Dedi: Kəsədanış, sözünüqurtar.
Dedim: Gözvurmuşam,özüməqaytar,
Dedi: Əyyub, gəlaldatma Sənəmi.
Sözügedən kitaba “Ön söz” yazan tanınmış filoloq alim Füzuli Bayat qeyd edir:
“Azərbaycan aşıq ədəbiyyatının ən böyük janrlarından biri olan eşq dastanlarımız toplanıb yazıya keçirilərkən bir çox təhriflərə məruz qalmasına baxmayaraq, mətnin əsas informasiya kodu qorunub saxlana bilmişdir. Dil, üslub və qismən də məzmun baxımından dəyişdirilməklə folklorun bu janrı, digərləri kimi, redaktəyə məruz qalmış, bununla da toplama və nəşr üzərində “düzəltmə işi” sovet folklor elminin, özəlliklə də Azərbaycan folklorşünaslığının başlıca prinsipinə çevrilmişdir. Buna baxmayaraq, insafən demək lazımdır ki, keçmiş sovet dövründə toplama və nəşr işi kifayət qədər intensiv xarakter almışdı.
Müstəqillikdən sonra da toplama işi davam etdirilmiş, dastanların müstəqil, həm İran Azərbaycanından, həm də Gürcüstandan toplanması nəticəsində yeni motivlər, süjetlər, dastan variantları ortaya çıxmışdır. Çap olunan və çap olunmayıb arxivdə toplanan materialların təsnifatından da anlaşıldığına görə, eşq dastanları sayca çox, məzmunca zəngin və üslubca rəngarəngdir.
Dastan araşdırmaları folklor elminin son nailiyyətləri, yeni metodlar baxımından incələnməsə də, ən azından klassik tədqiqat işinin kifayət qədər olduğunu demək lazımdır. Ancaq bu təsviri və təhlili araşdırmalar eşq dastanlarının
söyləyici-dinləyici baxımından gözdən keçirilməsini, dastanın funksiyasının, strukturunun tədqiqini, dastan-tarix problemini arxa plana keçirməz, əksinə, bütün bu ön hazırlıqlar dastanlarımızın, ümumən də folklorumuzun yeni tədqiqat metodları ilə öyrənilməsini vacib edər.
Bir daha söyləmək lazımdırsa, sovet dövründə folklorun toplanması və nəşrini bütünlükdə mətnə əl gəzdirməklə xarakterizə etmək mümkündür. Bununla bərabər, folklor adına qondarma nağıl, əfsanə, rəvayət, aşıq şeiri, atalar sözü, dastan tərtib edildiyi də bilinməkdədir. Dünya humanitar elmində fakelor adlanan və mənim də bir yazımda xarakterik cəhətlərini göstərdiyim bu hadisə Azərbaycan folklor elmində nəzəri baxımdan öyrənilməsə də, hətta bu termin folklorçulara məlum olmasa da, toplamada daha çox istifadə edilmişdir. Həqiqi xalq ədəbiyyatına qarşı zaman-zaman süni şəkildə yaradılan folklor və ya saxta folklor mənasında fakelor qavramı ilk dəfə 1950-ci ildə “American Mercury” jurnalında irəli sürülmüşdür. Bu termin xalqın öz malı olan və xalq arasında yaşayan, variantları olan folklor qavramına qarşı işlədilmişdir. Əslində, saxta folkordan dünya və bəzi Azərbaycan folklorçuları çoxdandır istifadə edirlər. Süni şəkildə düzəldilən Koroğlu dastanı, bir qəlibə yerləşdirilən məhəbbət dastanlarımız, üzərində işlənilən nağıllarımız, bayatılarımız, atalar sözlərimiz, Oğuz, Bayındır və Dədə Qorqud adına uydurulan miflərimiz, xüsusən də parça-parça əfsanələrin birləşdirilməsi yolu ilə yaradılan yeni əfsanələrimiz və s. bu sahədə Azərbaycan folklorçularının boş durmadığını göstərir. İş bununla da bitmir. Məsələn, nağılların kimdən toplandığı göstərilmədiyi kimi, nağıllar bir basmaqəlib kimi nəşr edilmişdir: “Biri vardı, bir yoxdu” ilə başladı və “göydən üç alma düşdü” ilə bitdi şəklində yüzlərcə yeni nağıl yaradılmışdır. Məhəbbət (eşq) dastanlarımızı da ustadnamə ilə başladıb, duvaqqapma ilə bitirmişlər.
Hər halda xarakterinə görə fakelor hadisəsi bir neçə istiqamətdə özünü göstərir. Belə ki:
1. Romantik millətçilik əhvali-ruhiyyəsini qaldırmaq üçün xalq arasında epizodik şəkildə yaşayan motivlərin, şeir parçalarının, əhvalatların bir yerə gətirilib süni şəkildə qurulması ilə yaranan folklor mətnləri, buraya fin xalqının “Kalevala”sı, “Şarlöman” dastanları daxildir.
2. Mövcud ideologiyaya xidmət etmək məqsədilə süni şəkildə yaranan, motivi, süjeti və hadisələri xalq arasında, söyləyici yaddaşında olmayan və ya qismən olan mövzuların dəyişdirilməsi yolu ilə düzəldilən mətnlər.
Sovetlərin vaxtında buna misal kimi süni şəkildə və sifarişlə yaradılan əfsanələri, qaçaq dastanlarını, şeir parçalarını, mahnıları, hətta mifoloji mətnləri göstərmək mümkündür. Fakelor hadisəsinin birincisini hər nə qədər təhrif, sünilik olsa da, mütərəqqi iş kimi qiymətləndirmək mümkündür. Çünki burada milli oyanışa, milli özünüdərkə, milli mübarizəyə səsləniş olduğu üçün məqsəd alidir, müqəddəsdir. İkincisi siyasi rejimin, mövcud ideologiyanın, iqtidarın təbliğatçısına çevrilməklə milli olanları təhrif etmək, saxtalaşdırmaqdır.
Bəlli bir zamanda xüsusən də bu sonuncu fakelor hadisəsi rəğbət görməmiş, folkloru saxtalaşdıranlar isə tənqid atəşinə tutulmuşdur. Müstəqillikdən sonra aşıq ədəbiyyatının öz məcrasına doğru dəyişməsi, bir az ideologiyadan uzaqlaşması baş verdisə də, artıq klassik aşıq ənənəsinin qırıldığı, dastanların böyük əksəriyyətinin icra ortamından çıxdığı müşahidə edilir. Tədqiqatçılar da yeni dastanlar yazmaq
cəhdi ilə klassik dastanları yeni ifada diktafona yazıb nəşr etdirmək yolunu tutdular. Bəziləri isə fakeloru yeni istiqamətdə irəlilətmək üçün aşıq repertuarında dastan kimi icra edilməyən, bəzən də yazılı dastan nümunələrini folkorun prinsipləri əsasında yenidən qələmə aldılar. Cəmilə Çiçək də aşıq şeirləri əsasında dastan yaradan “toplayıcı”lardandır. Daha öncə də o, “Səməd Vurğun–Aşıq Şəmşir dastanı”nı iki sənətkarın məktublaşmalarına və şeirlərinə dayanaraq tərtib etmişdi. “Səməd Vurğun–Aşıq Şəmşir dastanı” bir eşq hekayəsi olmasa da, şeirlər, məktublaşmalar əsasında yenidən işlənən, yeni məzmun və forma qazanan dastandır. İdeologiyaya, süni siyasi havaya qulluq etmədiyi üçün bu dastanı və haqqında söhbət açacağımız “Əyyub və Sənəm dastanı”nı mütərəqqi hadisə kimi qəbul etmək olar.
“Əyyub və Sənəm dastanı” el şairi adı ilə tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının strukturu üzərində işlənərək tərtib edilən bu dastan “Dirili Qurbani”, “Əsli–Kərəm” dastanları kimi nakam eşqə həsr edilmişdir. Bir az da avtobioqrafik səciyyə daşıyan bu dastanın şeirləri, deyişmələri şair Əyyub Cabbarova aiddirsə, dastanın yurd yeri dediyimiz nəsr qismi tərtibçi Cəmilə Çiçəyə məxsusdur. Nakam eşqin səbəbkarı, klassik dastanlarımızdan fərqli olaraq, nə milli, nə dini, nə də sosial fərqdir. “Əyyub və Sənəm dastanı”nın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır və dastanda bu, müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Ana gələcək kürəkənin boy-buxununu, duruşunu, yerişini bəyənmir, qızının sevgisini, istəyini nəzərə almır və qızını qonşunun oğluna qaçırtdırmaqla iki aşiqi bir-birindən ayırır və sonda qızının ölümünə səbəb olur.
Mifoloji düşüncədə qız qaçırmaq kimi qədim adətin ritual-mifoloji kökü ölüb-dirilmə, yenidən həyata qayıtma, yeni status qazanma olsa da, adıkeçən dastanda bu, müasirliklə bağlanmış, gerilik əlaməti, vaxtı keçmiş adət kimi qələmə verilmişdir. Qızı zorla, istəmədiyi bir adama qaçırtdırmaqla ölümünə bais olma (qız özünü çaya atmaqla intihar edir) bu mənfi tendensiyanın oxucuda ikrah hissi oyandırmasına səbəb olur. Beləliklə, əski mifoloji motiv yeni məzmunlu vaxtı keçmiş adətə dönüşmüş, eşq dastanlarımızda ciddi səbəblər üzündən yaranan nakam məhəbbət çox kiçik bir məsələyə bağlanmışdır. Ancaq hər nə olursa-olsun, bir fakelor hadisəsi olan “Əyyub və Sənəm dastanı” müasirliklə səsləşdiyi, dastan yaradıcılığımızın süni də olsa yaşadılmasına xidmət etdiyi üçün qiymətlidir. Cəmilə Çiçəyin dastan şəklində işlədiyi bu ikinci kitab qeyd olunan cəhətləri ilə folklor elmində haqq etdiyi yerini alacaqdır”.
“Əyyub və Sənəm dastanı”ndan yenidən bir nümunəyə diqqət ayırmaq istəyirik:
Əyyub yenidən Sənəmi dilə tutmağa çalışır:
– Gözəl qız, qorxum sənin tərsliyindəndi. Görürsən ki, sənə olan məhəbbətim dağların zirvələri qədər uca, bulağın suyu kimi təmizdir. Qulaq as bir daha, gör nə deyirəm:
Bilməz kimi davranırsan,
İstəyimi bilmirsənmi?
Haqdan səni diləyirəm,
Diləyimibilmirsənmi?
Sənəm:
Sizinelinqonağıyam,
El qaydasınbilmirsənmi?
Məndəbirelinqızıyam,
El sövdasınbilmirsənmi?
Əyyub:
Göydəngəlmişbirmələksən,
Gözəllikdəgörənəksən.
Axımənəsəngərəksən,
Gərəyimibilmirsənmi?
Sənəm:
Biribrət al özeybindən,
Görnədeyərgəlib-gedən?
Elçigedibqızevindən
Qızalmasınbilmirsənmi?
Əyyub:
İstəyimə külək demə,
“Əyyub, məndən əl çək” demə.
Bu sevgimə “kələk” demə,
Ürəyimi bilmirsənmi?
Sənəm:
Mənə nağıl varaqlama,
Uşaq bilib daraqlama.
Burda Sənəm soraqlama,
Qadağasın bilmirsənmi?
Ağsaqqal şairin “Duz yüklü ömür karvanı” (redaktoru Vəliyyəddin İsmayılov) adlı sonuncu şeirlər kitabı 2017-ci ildə çap olunub: hazırda onun növbəti şeirlər kitabı çapa hazırlanır. “Əziz və Çiçək dastanı” adlı kitabının da bu yaxınlarda işıq üzü görməsi gözlənilir. Sözügedən nəşrlərdən sonra hər iki dəyərli kitab geniş ədəbi ictimaiyyətə təqdim olunacaq.
Biz isə, öz növbəmizdə, 86 yaşlı dəyərli şairimizə, el ağsaqqalına və tanınmış ziyalımıza Allahdan can sağlığı arzu edirik. Eyni zamanda “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi adından arzu edirik ki, Azərbaycan Yazıçılar Birliyi dəyərli şairimizin əməyini dəyərləndirərək onu Prezident təqaüdünə layiq görülməsi üçün təqdimat hazırlayıb ölkə Prezidentinə təqdim etsin. Eyni zamanda ölkəmizin tanınmış insanları, sahibkarlar və xeyirxah
şəxslərin bu istedadlı şairin yeni kitablarının nəşr xərclərini qarşılayacağına inamımızı bildiririk...
Cəmilə ÇİÇƏK (İsbəndiyarova),

araşdırmaçı jurnalist,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü
Kateqoriya: Kəlbəcər
Tarix: 28-09-2021 22:30
Baxış sayı: 21 263
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23