Reklam
Kəlbəcər balı ilk dəfə Bakıda yarmarkada satışa çıxarılacaq
29-09-2021 10:14

Bakıda keçirilən növbəti bal yarmarkasında Kəlbəcər balı da satışa çıxarılacaq.
Dalidag.az bildirir ki, bu barədə açıqlamasında arıçı-sahibkar Sabir Mustafayev deyib.
Sahibkar bildirib ki, Kəlbəcərdə saxladığı balın bir hissəsini satsa da, yarmarka üçün də saxlayıb: "Bu dəfə Bakıda keçiriləcək bal yarmarkasına Kəlbəcər balı da çıxaracağam. Kəlbəcərdə arılardan aldığımız bal digər rayonlarda alınan baldan iki dəfə artıq oldu. Kəlbəcər arıçılığın inkişafı üçün çox əlverişlidir. Keyfiyyət baxımından da Kəlbəcər balının keyfiyyəti yüksəkdir".
S.Mustafayev bildirib ki, ötən il arıçılıq üçün məhsuldar il olmayıb: "Ötən il dağlıq ərazilərdə məhsuldarlıq aşağı oldu. Hər arı yeşiyindən 19 kilo bal götürüldü. Amma bu il bu göstərici 25-30 kiloqram oldu. Müəyyən sayda arı ailəsini Daşkəsənə, bir qismini isə Kəlbəcərə apardıq. Daşkəsəndə bir arı ailəsindən 28 kiloqram, Kəlbəcərdə isə 53 kiloqram bal götürdük. Çünki Kəlbəcərdə iki dəfə süzmə elədik".
Sahibkar bildirib ki, hazırda başqa ərazilərin balının 1 kiloqramı 20-25 manat, Daşkəsən balının bir kiloqramı 30-35 manat, Kəlbəcər balının bir kiloqramı isə 40-45 manatdır: "Biz həmçinin hər il əldə etdiyimiz məhsulun 20 faizini şəhid ailələrinə pay veririk. Hər il bal mövsümündə şəhid ailələrinə baş çəkirik və onlara müəyyən qədər bal veririk. Bu il də əldə etdiyimiz balın bir hissəsini şəhid ailələrinə vermişik".trend
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabr - 7 noyabr tarixlərində Bakıda arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 29-09-2021 10:14
Baxış sayı: 4530Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
Ən çox oxunanlar





























