Son günlər rəsmi və qeyri-rəsmi dairələrdə azad edilmiş yurd yerlərimizin necə bərpa edilməsi ilə bağlı müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilir. Sözsüz ki, bu hazırda qarşıda duran ən prioritet məsələdi. Ancaq səsləndirilən fikirlər içində şəxsən bir vətəndaş olaraq məni qane etməyən, gələcəkdə reallaşma təhlükəsi mümkün olan məqamlar var. Bu, əsasən bir neçə kəndin birləşdirilməsi və yaxud bir neçə kəndin tikiləcək eyni qəsəbəyə yerləşdirilməsidi. Bu ilk baxışda məqbul sayılsa

Sosial şəbəkələrdə Azərbaycan polisinin Gorus-Qafan yolunda Ermənistana məxsus maşınlardan separatçı rejimə aid nişanları bıçaqla pozmasına dair görüntülər yayılıb. Bu görüntülər Ermənistanın sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Lakin Ermənistan vətəndaşları Azərbaycan polisindən çox, öz hökumətlərini tənqid edir, vəziyyəti bu həddə çatdırdığına görə qınayırlar. Həmçinin, sözügedən yolun Azərbaycana aid hissəsindən keçən yük maşınlarının gömrük rüsumu ödəməli

Keçmiş deputat Conatan Aitken 1975-ci ildə bir zənglə fərqində belə olmadan Karolina Kennedini ölümdən xilas edib. Dalidag.az xəbər verir ki, İngiltərə parlamentinin sabiq deputatı Aitkenin ABŞ-ın sui-qəsdi nəticəsində öldürülən prezidenti Con Kennedinin qızı Karolina Kennedini ölümdən xilas etməsinin sirri 46 ildən sonra ortaya çıxıb. Aitken 1963-cü ildə öldürülən Prezident Con Kennedinin qızı Karolina Kennedinin bu telefon zənginə görə, indi də ona minnətdar olduğunu bildirib. Bombalı hücumun

Bir neçə gün əvvəl Gürcüstana rəsmi səfər edən Nikol Paşinyan Batumi şəhərində də olub. Dalidag.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Qəzet Paşinyanın Batumi şəhərinə səfərinin erməni ictimaiyyəti və Rusiyanın bir neçə siyasi dairəsi tərəfindən birmənalı qəbul edilmədiyini bildirib. Məlumata görə, Paşinyan Batumidə 3-4 saatlıq yoxa çıxıb. Onun yeri haqqında nə Gürcüstan tərəfi, nə də baş nazirin protokol xidmətinin məlumatı olub./axar.az Dalidag.az

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir. Dalidag.az xəbər verir ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı

“Atamı müayinə etmək üçün gələn təcili yardım işçiləri özləri belə şokda idilər”. Dalidag.az xəbər verir ki, bunu atasının səhhətinin ağırlaşması ilə bağlı daha bir həyəcan təbili çalan məhkəməsi keçirilən sabiq Baş prokuror Eldar Həsənovun qızı Səbinə Hüseynova özünün “Facebook” hesabında yazıb. Səbinə Hüseynova atasının ağır xəstə vəziyyətində məhkəməyə gətirilməsini ədalətsizlik adlandırıb: “Bu gün atam Eldar Həsənovun qondarma itthamlarla bağlı növbəti məhkəməsi oldu. Səhhəti o qədər ağır

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb. Artıq 7 rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntələrində yol və elektrik enerjisi infrastrukturunun bərpası və tikintisi geniş vüsət alıb. Rayon mərkəzləri və kəndlərin bərpası və yenidənqurulmasına dair nəzərdə tutulan layihələrin də icrası ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar

Bir müddət əvvəl Şuşada hərbi maşının aşması nəticəsində yaralanan müddətdən artıq xidmət edən hərbi qulluqçu, Saatlının Qara Nuru kənd sakini Ülvi Xanəhməd oğlu İbrahimov vəfat edib. Dalidag.az bildirir ki, bu barədə oxu.az-a Qara Nuru kənd icra nümayəndəliyindən məlumat verilib. Bildirilib ki, Ü. İbrahimov ötən gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, dünən axşam saat 22:00 radələrində Qara Nuru kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan elminə ağır itki üz verib. AMEA-dan verilən məlumata görə, Azərbaycanın neft sənayesinin neft və qaz yataqlarının işlənməsi və istismarı, neft-qaz resurslarının mənimsənilməsi proseslərinin iqtisadi-riyazi modelləşdirilməsi sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü Arif Mehdi oğlu Quliyev 88 yaşında vəfat edib. Qeyd edək ki, A.Quliyev 1933-cü il dekabr ayının 15-də Füzuli rayonunun Gecəgözlü kəndində kolxozçu ailəsində anadan olubr. 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu

Prokurorluq Gəncədə şəhərində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Şəhər prokurorluğundan daxil olan məlumatda deyilir: "Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla müəyyən edilib ki, “Azərenerji” ASC-nin Gəncə Qərb Regional Enerji Təchizatı və Satışı idarəsində
Yazı axını