Azərbaycanın polisinin Gorus-Qafan yolunda post qurması və ölkəmizin ərazisindən keçən tranzit maşınları yoxlaması Ermənistanda yenə siyasi qüvvələrin bir-birinə qarı təzyiq və siyasi mübarizə alətinə çevrilib. Erməni deputat Vahe Akopyan bunu Azərbaycanın daha bir uğuru kimi qiymətləndirməklə bərabər, Ermənistan siyasi hakimiyyətini hədəf alıb: “Azərbaycan bunu da bacardı. Hətta sabah Azərbaycan polisi İrəvanın mərkəzində avtomobilləri yoxlamağa başlasa belə, Ermənistanda heç kim

Bakı Ağır Cinayətlər Məhkəməsi məhbus dövlət xadimi Eldar Həsənovun cinayət işi üzrə prosesi davam etdirir. Dalidag.az-ın məlumatına görə, 13 sentyabr iclasında çıxış edən vəkil Cəlil Mirzəyev məhkəmə baxışının həftədə bir dəfə keçirilməsi barədə vəsatət qaldırıb. Eldar Həsənov səhhətində problemlər yarandığını deyərək həmin vəsatəti müdafiə edib. O, məhkəmənin qapalı olması barədə istəyində israr etdiyini də vurğulayıb. Vəkil Cavad Cavadov E-huquq.az saytına deyib ki, Eldar Həsənov ifadə

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dalidag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənovun vəkili Cəlil Mirzəyev çıxış edib. O bildirib ki, hər iclasdan sonra üç gün ərzində məhkəmə iclas protokolu ilə tanış olmaq hüquqları olsa da, buna nail ola bilmirlər. Bildirib ki, həftədə iki

İrandan Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə qanunsuz yüklərin daşınmasının qarşısının alınması ilə bağlı polisin qurduğu postdan videogörüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntülərdə artıq Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı əməkdaşlarının Gorus-Qafan yolu üzərində qurulan postda xidmət etdiyi məlum olur.

Bu gündən etibarən Azərbaycan polisinin Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsində qurulan postunda İrana məxsus yük maşınlarının yoxlanılmasına başlanılıb. Dalidag.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, buna səbəb İrandan gələn yük maşınlarının sonradan erməni nömrəsini taxaraq, Laçın dəhlizindən keçməklə Xankəndiyə getməsidir. Qeyd edək ki, 11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu,

Ağdərə rayonunun Vəng kəndində anadan olan tanınmış moskvalı xeyriyyəçi, iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı xeyriyyə aksiyaları keçirib. Dalidag.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Sonradan məlum olub ki, iş adamının ayırdığı vəsaitin böyük hissəsi separatçıların bandit rejimi tərəfindən mənimsənilib. Qalmaqal yüksək rezonans doğurub. Dələduzluqda günahlandırılan Ayrapetyanın Rusiyadakı işi də müzakirə obyekti olub. Rusiya məhkəməsi Ayrapetyanın rusiyalı

Azərbaycan Respublikası Müdafiə Nazirliyi “BOO-21” yarışları ilə bağlı video paylaşıb. Dalidag.az həmin videonu təqdim edir:

Bu gündən Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç Qardaş - 2021” birgə beynəlxalq təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılmasıdır. "Üç qardaş - 2021"

Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 9-da Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən Natiq Hümbətov, Marif, Aftandil və Anar

Daha bir Kəlbəcərli şair yurd həsrətilə dünyasınl dəyişdi. Dalidag.az xəbər verir ki, şair Qaçay Səlimov vəfat edib. Bu barədə mərhumun yaxınları məlumar verib. Qeyd edək ki, Q.Səlimov Kəlbəcərin Çıraq kənd sakini idi. O, gözəl şeirlər müəllifi olmaqla yanaşı, həm də Aşıq Alı yaradıcılığının tədqiqatçısı olub. Allah rəhmət eləsin! Dalidag.az
Yazı axını