KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin cinayət işi ilə bağlı daha bir maraqlı məqam üzə çıxıb. Dalidag.az xəbər verir ki, "Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, Vüqar Səfərli qulluq mövqeyindən istifadə edərək baş mühasib Təhminə Yaqubova ilə birlikdə Fondun hesabına keçirilən tədbirlərdə böyük məbləğdə mənimsəmələr edib. Sabiq direktor Yeni il, Novruz Bayramı və Milli Mətbuat Günü ərəfəsində jurnalist yazı müsabiqələrinin

VƏTƏN, TANIMIRAM HARA GƏLMİŞƏM! Gördüyüm yuxudur, yoxsa ki, gerçək? Çatmışam bəhərə, bara gəlmişəm. Kədər ilə, sevinc ilə qol-boyun, Qəlbi sınıq, könlü yara gəlmişəm. Vətən, tanımıram hara gəlmişəm! Ömür oğurladı vaxt sabahımdan, Bulud alovlandı yanan ahımdan. Bağışla, sən Allah, keç günahımdan, Görüşünə üzüqara gəlmişəm. Vətən, tanımıram hara gəlmişəm. Bizi qovuşdurdu şərəfli döyüş, Çəkdiyin həsrəti gəl mənlə bölüş. Duam olub bircə dəfə bu görüş, Ürəyi yüz yerdən para gəlmişəm. Vətən,

Son 30 ildə ilk dəfə olaraq sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Azərbaycanda daxili uçuş həyata keçirib. Dalidag.az xəbər verir ki, Türk Hava Yollarının "TK326 Gəncə-Naxçıvan" reysini yerinə yetirən "Boeing-737" təyyarəsi sentyabrın 4-də, şənbə günü uçuş həyata keçirib. Məlumat isə bu gün yayılıb.Təyyarə Gəncədən saat 09:57-də (5.57 UTC) havaya qalxıb və Naxçıvana 10:32 -də (6.32 UTC) eniş edib, uçuş müddəti 35 dəqiqə olub. Məlumata görə, təyyarə Göyçə gölü (Sevan) və

İkinci Qarabağ müharibəsi tək məğlubedilməz erməni mifini dağıtmadı, erməni ideologiyasını, bütövlükdə cəmiyyəti xaos vəziyyətinə gətirdi, pessimizmə qapatdı. Bir ildir ki, cəmiyyət xaotik vəziyyətdən çıxa bilmir. Media və cəmiyyətdə yaranmış acınacaqlı duruma da mütəmadi yer verilir. Ermənistan və bütün erməniçiliyin böhran vəziyyətində olduğu, insanların yorulduğu, pessimizm əhval-ruhiyyəsinin pik həddə çatdığı vurğulanır. Xalq ümidlə ikinci nəfəsə ehtiyac duyur. Vəziyyətdən çıxış yolunun

Ötən gün jurnalist Elxan Salahov sosial şəbəkə hesabında fotolar paylaşaraq Şəhidlərimizi hörmətlə, şərafətlə əvvəlki yerində dəfn etdik. Hamısının yeri behişt olsun. Başlıbel faciəsi: eksumasiya edilmiş cəsədlər əvvəlki yerində dəfn olundu” Jurnalist Elxan Salahova istinadən xəbər verir ki, Kəlbəcərin işğalı zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair daha bir fakt Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Söhbət Ermənistan silahlı qüvvələrinin 1993-cü il

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində ermənilər tərəfindən güllələnən 12 nəfərin meyitinin müayinəsi aparıldıqdan sonra onlar əvvəlki yerdə ayrı-ayrı qəbirlərdə torpağa tapşırılıb. Dalidag.az-ın verdiyi məlumata görə, meyitlər üzərində eyniləşdirmə aparılıb, eyniləşdirmə nəticəsində hansı meyitin kimə aid olduğu müəyyənləşdirilib. Qeyd edək ki, 29 il əvvəl burada basdırılanların 6-sı qadın, 6-sı kişi, 1-i 12 yaşlı uşaq, 1-i isə 16 yaşlı yeniyetmədir. Həmin şəxslərin adları

Avqustun 30-dan sentyabrın 4-dək 188 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. İşğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında qeyd olunur ki, Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 164 piyada əleyhinə mina, 72 tank əleyhinə mina və 235 partlamamış

Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər yayılıb. Dalidag.az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir:

“Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yazılıb. “Bu gün Azərbaycan, Ermənistan və Rusiya arasında hərbi əməliyyatlara son qoyan üçtərəfli bəyanatın imzalanmasından 300 gün keçir. Azərbaycan hökuməti məcburi köçkünlərin azad olunmuş ərazilərə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması üçün fəaliyyətini davam etdirir”, - məlumatda

Türkiyə ilə Azərbaycan arasında “Qardaş briqada” layihəsinə start verilib. Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmisi Pınar Kara həftəlik mətbuat konfransında bildirib. Qeyd edilib ki, layihənin məqsədi ortaq fəaliyyət, təlim planlaşdırması və idarəetmənin uyğunlaşdırılmasıdır. Vurğulanıb ki, Türkiyə Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistanın işğalından azad olunan ərazilərdə minatəmizləmə işlərini davam etdirir. Türkiyə Silahlı Qüvvələri qardaş
Yazı axını