"Necə tərk eyləyim bu cənnət yurdu, tapmışam dərdimə çara, gəlmişəm..."
08-09-2021 21:05

VƏTƏN, TANIMIRAM HARA GƏLMİŞƏM!
Gördüyüm yuxudur, yoxsa ki, gerçək?
Çatmışam bəhərə, bara gəlmişəm.
Kədər ilə, sevinc ilə qol-boyun,
Qəlbi sınıq, könlü yara gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm!
Ömür oğurladı vaxt sabahımdan,
Bulud alovlandı yanan ahımdan.
Bağışla, sən Allah, keç günahımdan,
Görüşünə üzüqara gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Bizi qovuşdurdu şərəfli döyüş,
Çəkdiyin həsrəti gəl mənlə bölüş.
Duam olub bircə dəfə bu görüş,
Ürəyi yüz yerdən para gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Yağı qisas alıb, bu halal köydən,
Bir daş da qalmayıb uca bir öydən,
Sığal çək başıma, yağış tök göydən,
Küləklə telimi dara, gəlmişəm,
Vətən, tanımıram, hara gəlmişəm?
Hanı saçı uzun, nazlı söyüdüm,
Gəzib qulaqlara çatmır öyüdüm.
“Qaçqın”, “köçkün” damğasıyla böyüdüm,
Daşıdığım addan zara gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Həsrət köksümüzə çox zərbə vurdu,
Sınmayıb dağların yenə şax durdu,
Necə tərk eyləyim bu cənnət yurdu?
Tapmışam dərdimə çara, gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Dizimdə taqətin, qolumda gücün,
Vətəndən qürbətə başladı köçün.
Bu xəstə könlümü ovutmaq üçün,
Quzeydə xarlamış qara gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Gah şirin olmusan, gah acısan sən,
Bu odlar yurdunun baş tacısan sən.
Samirin dərdinin əlacısan sən,
Xəstəyəm, bağında nara gəlmişəm.
Vətən, tanımıram hara gəlmişəm.
Samir Mustafayev
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 08-09-2021 21:05
Baxış sayı: 4791Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















