2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və

“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”. Dalidag.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləri sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Anım Günü”nə həsr olunmuş toplantısında xatırladılıb. Dövlət

Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci il tarixdə Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Dalidag.az xəbər verir ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrasının müdiri, filalogiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov vəfat edib. O, ötən gün 55 yaşında dünyasını dəyişib. Universitetdən verilən məlumata görə, mərhum uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirmiş: "B.Xəlilov bu gün evində keçiriləcək vida mərasimindən sonra Sumqayıtda dəfn olunacaq". Qeyd edək ki, Buludxan Xəlilov 1966-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Ellərkənd kəndində anadan olub.

Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 1 il ötür. Dalidag.az-ın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə

Azərbaycan ədəbiyyatını, xüsusən də onun poeziya qolunu əbəs yerə milli-mənəvi sərvətimiz hesab etmirlər. Həqiqətən də xalqımızın sevgisini-inamını, sevincini-kədərini, mübarizəsini, tarixini, dəyərlərini, hiss-duyğularını, bir sözlə sivilizasiya yolunu özündə gizlədən – nəsillərdən nəsillərə ötürən poeziyamız qədər ikinci bir yaradıcı sənət növü yoxdur. Ədəbiyyatımız qədər ədəbi nəsillərimiz də rəngarənglik yaradan istedadlı şəxslərdən formalaşır. Elə yaradıcı şəxslərdən biri də oxunaqlı,

Bu yazını ictimaiyyətə çatdırmağı Kəlbəcər sevdalısı olaraq özümə borc bildim: Mən əslən Tovuz rayonunda doğulmuşam, əməllicə də yerripərəstəm. Amma deməliyəm ki, Tovuz ürəyimin üzüyüdürsə, Kəlbəcər onun qaşıdır. Odur ki, kiçicik də olsa bu məqaləni yazmağı vacib bildim. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər, dahi lider Heydər Əliyevin rəhbərliyi altında qanunverici və icraedici dövlət strukturları formalaşmağa və yenidən qurulmağa başladı. O cümlədən prokurorluq orqanının yenidən

Azərbaycanlılar gələndən bu yana hələ ki, kəntdə elə bir ciddi insident baş verməyib. Bu sözləri Azadlıq radiosuna Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyib. Radionun erməni redaksiyasının hazırladığı reportajı təqdim edirik. Dalidag.az

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra müsbət sayıla biləcək cidi dəyişiklik ediblər. Dalidag.az musavat.com-a istinadla xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə böyük və ciddi dəyişiklik edilib. Belə ki, qondarma “DQR” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər. Rusiya sülhməramlı qüvvələrinin

30 ildi yanan ürəyimizə su səpildi... “Şuşaya gedirəm”.., “Şuşadayam”.., “Şuşadan dünən gəlmişəm”... “Kəlbəcər yolu ilə Laçına getmişdim”... və sair.. İndi bu sözləri tez-tez eşidirik.. və etiraf edək ki, qulağa olduqca şirin gəldiyi qədər də qeyri-adi səslənir. Hələ alışa bilmirik... Mən azadlığına qovuşan yurd yerlərimiz, bununla bağlı yaşadıqlarımızı, hisslərimizi ifadə etməyə hələ də kəlmələr tapa bilmirəm. Bu hisslərin nə olduğunu tam dərk etmək üçün 30 il bu DƏRDLƏ yatıb, bu DƏRDLƏ
Yazı axını