Reklam
Mən səssiz qala bilmədim, bəs siz - ƏZİZ KƏLBƏCƏRLİLƏR?!
26-09-2021 10:10
Ölkəmiz müstəqillik əldə etdikdən sonra Ulu Öndər, dahi lider Heydər Əliyevin rəhbərliyi altında qanunverici və icraedici dövlət strukturları formalaşmağa və yenidən qurulmağa başladı. O cümlədən prokurorluq orqanının yenidən formalaşması da həmin vaxta təsadüf edir ki, bu yolda müstəsna rolu olan elm xadimlərindən, şəxsiyyətlərdən biri də həmin vaxt ulu öndərin sevib seçərək layiq gördüyü baş prokuror postunda oturan Eldar Həsənov idi. O Eldar Həsənov ki, hüquq elmləri doktoru, professor elmi dərəcələrinə sahib, bir çox çox elmi əsərlərin, dərs vəsaitlərinin müəllifi, ədliyyə general mayoru titulu olan, 20 il diplomat kimi ölkəmizi beyqnəlxalq tribunalarda layiqincə təmsil edərək (gördüyü işlərlə ətraflı haqqında yazılan məqalələrdə tanış ola bilərsiniz) nəhayətində bu gün (tarixdə görünməmiş ilkdir) yazdığı qanunların “ icrası”na şüşə qəfəsdən boylanır. Onun məhkəmədə şüşə qəfəsə layiq görülməsi qanunauyğunsuzluq bir yana, ən primitiv şəkildə desək, insanlıq adına, milli-mədəni dəyərlərimizə yaraşmadı. Qızına, gəlininə, körpələrə təcavüz edən canilərlə Onun kimi şəxsiyyəti, elm xadimini eyni mərtəbədə tutur, eyni stulda oturduruqsa, sözün bitdiyi yerdir. Ən azından Eldar Həsənov kütləvi cinayət hadisələri, terror aktı törətməyib, dövlətini satmayıb, millətinə xəyanət etməyib. İstər Azərbaycanda, istərsə də beynəlxalq arenada onu tanıyan hər kəs bilir ki, Eldar Həsənov H.Əliyev siyasi kursunun layiqli davamçılarından biri kimi dövlətinin maraqları üçün çalışan güclü siyasətçi, vəzifə öhdəliklərini ən üst səviyyədə icra edən və hətta əməkdaşlarını da tələbələri kimi yetişdirən, öyrədən elitar şəxsiyyət və çox savadlı və təcrübəli hüquqşunasdır. Səfir olduğu 4 ölkədən ikisində Qarabağ soyqırmını tanıdıb, iki ölkədə dahi lider Heydər Əliyevə abidə ucaltdırıb. O ölkəmizdən uzaqda olsa da, həmişə kəlbəcərlilərin dərdi-səri ilə maraqlanıb, kömək edib, özü də o köməyi öz maddi hesabından etmiş olsa da, onu dövlətin adından təqdim edib, Amma O, bircə dəfə də bunu nümayiş etdirməyib. Həmişə yazıçı, şairlərlə, müsiqiçilərlə maraqlanıb, onların tanınmasına, kitablarının nəşrinə dəstək olub. Bunlar əsas verir ki, bu gün Onun hansı maddə ilə ittiham olunmasına baxmayaraq Kəlbəcərin (Qarabağın) xatirinə, Onun bu günəqədərki fəaliyyətləri naminə və ulu öndər siyasi kursunun yetirməsi olması səbəbiylə, habelə Eldar müəllimin yaşı, sosial- ictimai, siyasi, akademi fəaliyyətləri nəzərə alınmaqla məhkəmə işinə baxılmalıdır. Çünki gələcəkdə alim, professor olmaq, mötəbər postlara nail olmaq üçün çalışan gənclər üçün o ali dəyər, haqq-ədalət indidən gözdən düşməməlidir.
Yeri gəlmişkən, haqqında yazılanlardan göründüyü kimi, Eldar müəllim 20 il boyunca ölkəmizi əvvəl Ruminiya, sonra isə Serbiya, Monteneqro və Bosniyə-Hersoqovinada layiqli şəkildə təmsil edən baş elçi olub. 20 il sonra dövlət büdcəsindən 30milyon yeyinti aşkarlanaraq həbs qətimkan tədbiri seçilməsi, pandemiya vəziyyəti davam edərkən həftədə iki dəfə məhkəmə təyin edilməklə 65 yaşlı xəstə bir sabiq səfir, general-mayorun məhkəməyə gətirilib, sonra da xərəkdə aparılmasının heç bir dildə adı və heç bir leksikada ifadəsi yoxdur.
Bir media mənsubu, ziyalı olaraq inanıram ki, Dahi Heydər Əliyevin davamçısı olan, Ali Baş Komandan cənab Prezident İlham Əliyev səbrli və qətiyyətli lider olaraq bu vəziyyəti kənardan izləyir, təyinatı üzrə məhkəmə prosesini nəzərdən keçirir. Nəticədə Qarabağ ümidimiz öldüyü anda bütün dünyanı heyrətləndirərək yenidən Qarabağ Azərbaycandır möhürünü vurduğu kimi, yenidən Eldar Həsənovu da layiqli qərarla ödülləndirəcək. Çünki Eldar müəllim hələ bundan sonra professor olaraq tələbələrinə lazımdır, hüquq elminin inkişafına verəcəyi töhvələr var.
P.S. Bir alimin tələbəsi yaşda insanların inisiyativinə möhtac qalması, huşunu itirməsi, və xəstəlikləri səbəbiylə də olsa ev həbsi vəsatətinin təmin olunmamasına mən səssiz qala bilmədim, bəs SİZ - ƏZİZ KƏLBƏCƏRLİLƏR?!
Rübabə Sahib
Yazar-publisist
Dalidag.az
Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 26-09-2021 10:10
Baxış sayı: 2955
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23