Reklam
Dövlət Komitəsində şəhidlərin xatirəsi yad olunub
27-09-2021 18:28

“Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir”.
Dalidag.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sözləri sentyabrın 27-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının “Anım Günü”nə həsr olunmuş toplantısında xatırladılıb. Dövlət Komitəsinin sədri Rövşən Rzayev toplantı iştirakçıları qarşısında çıxış edərək, bir il əvvəl işğalçı Ermənistanın növbəti hərbi təxribatına qarşı Azərbaycan Ordusununun həyata keçirməyə başladığı və qələbə ilə başa çatdırdığı əks-həmlə əməliyyatında xalqımızın qəhrəman övladlarının göstərdiyi şücaətlərin tarixdə əbədi iz qoyuduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısının böyük cəsarəti və qətiyyəti, dəqiq və məqsədyönlü hərbi-siyasi və diplomatik addımları, hərbçilərimizin rəşadəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlərdə düşmənin ağır məğlubiyyətə uğradıldığı, üç rayonun ərazisini isə döyüşsüz tərk etməyə məcbur olduğu qeyd edilib. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda hazırda bərpa-quruculuq işlərinin aparıldığı, məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib. Dövlət Komitəsinin kollektivi saat 12:00-da şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad edib, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 27-09-2021 18:28
Baxış sayı: 3209Yazı axını
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















