Vətən müharibəsi sonrası əsirlikdən azad edilərək vətənə qaytarılan Dilqəm Əsgərov oğluna toy edib. Dalidag.az xəbər verir ki, D.Əsgərov kiçik oğlu Babək Əsgərzadəni evləndirib. Bu barədə D.Əsgərovun digər oğlu K.Əsgərov sosial şəbəkədə palaşım edib. Toy mərasimi Şəmkir rayonunun Çinarlı qəsəbəsində baş tutub. Mərasimdə Dilqəm Əsgərovun yaxınları, dostları, döyüş yoldaşları iştirak edib. Dalidag.az

Ermənistanın baş naziri Nikol Paşinyanın 19 oktyabr 2020-ci il tarixində müxalif Daşnaksütyun partiyasının parlamentdənkənar rəsmiləri ilə görüşünün bəzi detalları məlum olub. Bu barədə “Hayastan” (Ermənistan - Red) blokundan deputat seçilən İşxan Saqatelyan məlumat verib. O qeyd edib ki, görüş gərgin keçib: “Oktyabrın 19-da o, müşavirəyə onunla başladı ki, vəziyyət ağırdır, itkilərimiz çoxdur. Soruşdum ki, heç olmasa status məsələsi (Dağlıq Qarabağ – Red) varmı, o, (Nikol Paşinyan- Red) “yox”

Yunanıstan erməni əsilli türkiyəli jurnalist və yazar Sevan Nişanyanı arzuolunmaz şəxs elan edib. Dalidag.az xəbər verir ki, bu məlumatı Ermənistan KİV-ləri yayıb. Məlumata görə, o həyat yoldaşı ilə birgə Afina hava limanında saxlanılaraq, Serbiyaya deportasiya edilib. Onun deportasiyasına heç bir səbəb göstərilməyib. Nişanyanın hazırda yaşayış üçün yerinin olmadığı bildirilib. Belə ki, Afina ilə bərabər Serbiya və Albaniya da ona siyasi sığınacaq verməyiblər. Qeyd edək ki, Nişanyan 2017-ci

Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsi nəticəsində doğma torpaqlarımızın azadlığa qovuşmasından 10 ay 8 gün sonra yolum Kəlbəcərə düşdü. Bunun üçün ilk növbədə şəhidlərimizə, qazilərimizə, Şanlı Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandanımıza borcluyam! 28 il 7 aylıq həsrətə, sıxıntılara, məhrumiyyətlərə son qoyan Ali Baş Komandanımıza, onun rəhbərlik etdiyi Orduya eşq olsun! Ulu babalarımızın, nənələrimizin əsrlərdən bəri günümüzə qədər süzülüb gələn

Bu gün Tərtər rayonunun Sarov kəndində və Şıxarx qəsəbəsində kəlbəcərli Vətən Müharibəsi şəhidləri anılıb. Dalidag.az -ın xəbərinə görə tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər. Əvvəlcə Tərtər rayon Sarov kəndində vətən müharibəsi şəhidi Hüseynov Elgiz İbrahim oğlunun məzarı ziyarət olunub, məzarı üstünə tər gül dəstələri qoyularaq ruhuna dualar

108 yaşlı kəlbəcərli Xeyransa Baxşəliyeva prezident İlham Əliyevə müraciət edib. Dalidag.az bildirir ki, yaşlı qadının müraciəti hal-hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovla bağlıdır. X.Baxşəliyeva müraciətində E.Həsənovin fəailiyyətini, Vətənə, dövlətə, dövlətçiliyə, millətə bağlılığını önə çəkərək, ölkə rəhbərindən onun azadlığa buraxılmasını xahiş edib. Xatırladaq ki, bundan əvvəl Milli Qəhraman ailələri, kəlbəcərli ziyalılar və gənclər tərəfindən E.Həsənovun azadlığının təmin

Rusiyada bizə Florida torpağını Yer üzündən silən raketlərin olmasıyla bağlı cizgi filmlər göstərən generallar var. Dalidag.az xəbər verir ki, bu sözlər rusiyalı jurnalist Yuliya Latıninanın “Novoya qazeta”da dərc olunan məqaləsində yer alıb. “Suriyada və Liviyada “ixtamnet”ləri (onlar orada yoxdur) məhv edən türk PUA-ları var. Biz instinktlə hərəkət edərək yarı çürümüş siyasi meyit marşal Xəlifə Haftarı dəstəklədik, hansı ki, onun hərbi peşəkarlıq səviyyəsi 1987-ci ildə Liviya inqilab zamanı

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakıdadır. Dalidag.az bildirir ki, bu barədə modern.az-a eks-nazirin dostu olan sabiq məmurlar bildirib. Qeyd edilib ki, Elmar Məmmədyarov hazırda rəsmi olaraq fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir. Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur. Məmmədyarov AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki

Bu gün Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümüdür. 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə

Zəngəzurdan hərbi birliklərin geri çəkilməsi əmrini şəxsən mən vermişəm. Dalidag.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında deyib. Onun sözlərinə görə, bu qərar hərbi əməliyyatların yenilənməsinə imkan verməmək üçün atılıb: "Biz istəyirdik ki, heç olmasa, müvəqqəti də olsa, strateji mahiyyət daşıyan yolu itirməyək". Ermənistan blokunun üzvü Anna Qriqoryan 18 dekabr 2020-ci ildə verilən bu əmrdən sonra Azərbaycan ordusunun əraziyə girdiyini
Yazı axını