Reklam
Tərtərdə kəlbəcərli Vətən Müharibəsi şəhidləri anılıb - Şəkillər
29-10-2021 19:59

Bu gün Tərtər rayonunun Sarov kəndində və Şıxarx qəsəbəsində kəlbəcərli Vətən Müharibəsi şəhidləri anılıb.
Dalidag.az-ın xəbərinə görə tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə Tərtər rayon Sarov kəndində vətən müharibəsi şəhidi Hüseynov Elgiz İbrahim oğlunun məzarı ziyarət olunub, məzarı üstünə tər gül dəstələri qoyularaq ruhuna dualar oxunub, öz ehtiramlarını bildiriblər.Daha sonra şəhidin ailəsində olaraq ailənin ehtiyac və qayğıları ilə maraqlanılıb.
Rayon rəhbərliyi Vətən Müharibəsi zamanı Tərtər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən raket atəşinə tutması nəticəsində erməni terrorunun qurbanı olmuş mülkü şəhid Zamanov Şakir Xasay oğlunun ailəsində olaraq şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanmışdır.
Görüşlərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan, Vətən Müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.Vətən Müharibəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kəlbəcər rayonundan da yüzlərlə gənc ordu sıralarına könüllü qoşuldu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşublar. Rayon rəhbəri bütün kəlbəcərlilər adından şəhid ailərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, şəhidlərimizə Allahdan rəhmət diləyib. Bildirilib ki, qalib Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman əziz və uca tutacaqdır. Qəhrəman oğullarımızın şanlı döyüş yolu hər zaman gənc nəsilə aşılanacaqdırTədbirdə iştirak edən, Şəhid valideyinləri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 29-10-2021 19:59
Baxış sayı: 3521Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















