Reklam
Elmar Məmmədyarov haralardadır?
29-10-2021 11:44

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov hazırda Bakıdadır.
Dalidag.az bildirir ki, bu barədə modern.az-a eks-nazirin dostu olan sabiq məmurlar bildirib.
Qeyd edilib ki, Elmar Məmmədyarov hazırda rəsmi olaraq fəaliyyətini Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) İcraiyyə Komitəsinin üzvü kimi davam etdirir.
Eks-nazir AFFA İcraiyyə Komitəsində Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi adından təmsil olunur.
Məmmədyarov AFFA-nın ötən il keçirilən sonuncu Hesabat Seçki Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib. Onun səlahiyyət müddəti 4 ildir. Əgər özü hər hansı bir səbəbdən istefa verməsə, hüquqi baxımdan onu buradakı işindən çıxara bilməzlər.
Qeyri-rəsmi məlumatlara görə, Elmar Məmmədyarov nazir vəzifəsindən çıxarılandan sonra onun Azərbaycanı tərk etməsinə müvəqqəti qadağa qoyulub. Buna səbəb Xarici İşlər Nazirliyi (XİN) sistemində yol verilmiş korrupsiya və mənimsəmələrə dair Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokurorluq tərəfindən aparılan istintaqdır. XİN-in bir neçə yüksək vəzifəli əməkdaşı rüşvət, korrupsiya və mənimsəmə ittihamları ilə DTX əməliyyatçıları tərəfindən həbs edilib. Hazırda onların məhkəmə istintaqı davam edir.
Kateqoriya: Sosium
Tarix: 29-10-2021 11:44
Baxış sayı: 3249Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















