İran həm haqsızdır, həm də təcavüzkar formada davranır. Azərbaycan İrana qarşı heç bir şey etməyib. İranın nədən narahat olduğu, nəyi hesabladığı bəlli deyil, ancaq israrla Azərbaycana təzyiq göstərməyə çalışır. Dalidag.az xəbər verir ki, bunu axar.az-a açıqlamasında Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Onun sözlərinə görə, İranın narahatçığının və atdığı aqressiv addımların bir neçə səbəbi var: “İran yəqin ki, Türkiyənin Pakistan və Azərbaycanla ittifaqı

Bu işdə ən çox əməyi olanlardan biri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektividir Qədimliyi və müasirliyi vəhdət təşkil edən, səliqə-səhmanı və yaşıllığıyla secilən Mingəçevir bu gün təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın sürətlə böyüyən və gözəlləşən şəhərlərindən biridir. Mingəçevirin müasir bir şəhər kimi formalaşmasında zahiri gözəlliyinə, siyasi, iqtisadi, mədəni inkişafına dövlətin diqqəti böyükdür. Müasir infrastrukturu, qabaqcıl texnologiyaları, mədəni-məişət

Cəbrayılda Döyüş muzeyi və Memorial kompleks muzeyi yaradılacaq. D alidag.az xəbər verir ki, oktyabrın 4-də Cəbrayıl rayonunda Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Prezident İlham Əliyevə tikililər barədə məlumat verərkən deyib. Anar Quliyev: Cənab Prezident, muzey kompleksi bu şəhərin ərazisidir və 3 fərqli məkanda müvafiq sərgilər təşkil olunacaq. Döyüş muzeyi şəhərin cənub hissəsində yaradılacaq. Prezident İlham Əliyev: Giriş hissəsində? Anar Quliyev: Bəli, şəhərin giriş

Ermənistan Silahlı Qüvvələrinin təxribatından sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları hər keçən gün uğurla aparılır, düşmənə sarsıdıcı zərbələr endirilirdi. Elə müharibənin ilk saatlarında 6 kəndimiz işğaldan azad olundu. Əks-hücum əməliyyatının növbəti günlərində düşmənin xeyli sayda canlı qüvvəsi, atəş nöqtələri və hərbi texnikaları məhv

Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib. Görüşə Ermənistanın əlindəki bütün mina xəritələri ilə gələcəyinə söz verir, əvəzində İlham Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir. Praktiki olaraq, görüşə erməni terrorçularını aparmaq mümkünsüzdür, Nikol bunu ibarəli formada deyir, yəni məsələnin birdəfəlik həllini istəyir. Erməni terrorçuların mina xəritələri ilə barter edilməsi Bakının strateji addımlarından biridir, lakin

Tanınmış kəlbəcərli ziyalı vəfat etdi. Daha bir həmyerlimiz illərdir həsrətini çəkdiyi Kəlbəcərinə qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, kəlbəcərli ziyalı, hər kəsin xeyirxah insan kimi tanıdığı Bəylər Qarayev 76 yaşında vəfat edib. Qeyd edək ki, uzun illər Kəlbəcərdə müxtəlif məsul vəzifələrdə çalışan B.Qarayev rayonun işğalından sonra ailəsi ilə Gəncədə məskunlaşmışdı. Mərhum Göygöl rayon qəbristanlığında dəfn olunub. Allah rəhmət eləsin!

Azərbaycanla sərhəddə təlim keçən İran ordusunda qanlı hadisə baş verib. İran Azərbaycanla sərhəddə keçirdiyi təlimlərdə "AH-1 SuperCobra" hücum vertolyotlarından yanlışlıqla öz texnikalarına atəş açıb. Nəticədə 3 İran əsgəri ağır yaralanıb. Bu barədə məlumatı araşdırmaçı jurnalist Elçin Alıoğlu şəxsi "Facebook" hesabında paylaşıb. Dalidag.az

Tərtər rayonunun Suqovuşan kəndinin işğaldan azad edilməsinin ildönümüdür. Dalidag.az-ın məlumatına görə, sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərinin və yaşayış məntəqələrinin Ermənistan Silahlı Qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmasına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan

“Mən ermənilərin psixologiyasını, dilini, onlardan yaxşı bildiyimə, onların içində uzun müddət yaşadığıma görə tam əminliklə deyirəm ki, bölgədəki separatizmin kökünü kəsə bilərəm. Mən gənclik dövrümdə, Kəlbəcərdəki Zod qızıl kombinatında, komsomol gənclər briqadasında olmuşam. Oraları çox gözəl tanıyıram.” Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. “Sizi inandırım, Qarabağda elə bir şərait yaradaram ki, bütün dünya

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş ən gənc döyüşçülərdən biri də Azər Abdullazadədir. O, 2001-ci il Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə yollanıb. Orada tank bölüyündə xidmət edib. Dalidag.az bildirir ki, gənc qəhrəman özü və keçdiyi döyüş yolu haqqında təəssüratlarını trend-ə danışıb. Bildirib ki, hərbi xidmətini başa vurmağa az qalmışdı ki, Vətən müharibəsi başlanıb: "Müharibənin başladığı ilk gündən bir tankçı olaraq Füzuli istiqamətində
Yazı axını