Azərbaycanlı partiya sədrindən şok açıqlama: “Hər gün Xankəndidən mənə zəng edirlər”

02-10-2021 11:30

“Mən ermənilərin psixologiyasını, dilini, onlardan yaxşı bildiyimə, onların içində uzun müddət yaşadığıma görə tam əminliklə deyirəm ki, bölgədəki separatizmin kökünü kəsə bilərəm. Mən gənclik dövrümdə, Kəlbəcərdəki Zod qızıl kombinatında, komsomol gənclər briqadasında olmuşam. Oraları çox gözəl tanıyıram.” 
Dalidag.az xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. 
“Sizi inandırım, Qarabağda elə bir şərait yaradaram ki, bütün dünya ora axışar. Hamı deyər ki, orada tam əmin-amanlıqdır və separatizmin kökü kəsilib. İndiyə qədər ermənilər orada niyə belə başıboşluq ediblər, özləri də məəttəl qalar. Onları elə əhilləşdirərəm ki, gündə on dəfə Azərbaycanın bayrağını diz çökərək öpüb, ayağa qalxarlar”.
Siyasətçi hesab edir ki, oradakı erməniləri qızışdıran, elə separatçıların özləridir:
“Deyirlər, ilana zəhər verən kərtəkələdir. Separatçılar da, orada qalan erməniləri pis günə salırlar. Özlərinin orada qalması və yaşaması naminə, sadə erməniləri məhv edirlər. Mən hesab edirəm ki, sadə ermənilərin bir günahı yoxdur. Onlar hər gün mənə zənglər edirlər. Xankəndidə yaşayan ermənilər mənə məlumat çatdırırlar ki, biz pis vəziyyətdəyik, biz istəyirik Azərbaycan xalqı ilə bir yerdə olaq, axı bizim nə günahımız var?”
H.Hacıyev düşünür ki, Azərbaycan orada təcili nümayəndəlik yaratmalıdır və Qarabağ məsələsini Xankəndidə həll etməliyik.
“Əgər dövlət başçısı məsləhət bilib məni oraya mer təyin etsə, orada elə şərait yaradaram ki, dünyadan olan bütün millətlər ora axışar ki, Azərbaycan nə qədər tolerant bir dövlətdir və Azərbaycan dövləti böyük məharətlə orada yaşayan erməni xalqını separatçıların əlindən aldı. Biz o yazıq erməniləri, separatçıların əlindən almalıyıq, onları öz tərəfimizə çəkməliyik. Biz desək ki, orada ermənilərin kökünü kəsməliyik, bu da mümkün deyil. Azərbaycan demokratik və tolerant bir dövlətdir. Onlar bizimlə bərabər yaşaya bilər, sadəcə bunu onlara izah etməliyik, amma izah edənimiz yoxdur. Nə orada var, nə də bizdə” - deyə MMP sədri bildirib.
 
Partiya sədri onu da vurğulayıb ki, biz əgər istəyiriksə Xankəndində Azərbaycan bayrağı dalğalansın, onda onları ram etməliyik:
“Biz demirik ki, onlardan rüşvət alacağıq və yaxud da onları zülmə salacağıq və s. Əksinə biz oradakı kasıba-kusuba, qocasına, qaltağına elə etməliyik ki, onlar görsün biz humanist, onlara arxa-dayaq duran və onları yaşadan bir dövlətik. Onlara çörək verən də, onları adam cildinə salan da biz olmalıyıq”
H. Hacıyev mer olacağı təqdirdə bölgədəki planlarından da bəhs edib:
“Mən orada sənaye və turizmi inkişaf etdirərəm, çünki o bölgəni çox gözəl tanıyıram və oranın potensial imkanı böyükdür. Orada həm təbiət cəhətdən, həm də yeraltı və yerüstü sərvətlər baxımından böyük zənginlik var. Qarabağda elə işlər görməliyik ki, oradakı ermənilərin özləri separatçıları didib-yesin. Təbiətin bir qanunu var: Güclülər, gücsüzləri yeyir. Onları mən elə tərbiyəyə gətirərəm ki, separatçılar o erməniləri yoldan çıxartmağa çalışsa, özləri onları rədd edərlər ki, çörəyimizə  bais olmayın. Onları ancaq bu cür əhilləşdirmək olar, yoxsa silahla və güc yoluyla onları heç cür adam cildinə salmaq mümkün deyil”.

Dalidag.az



Kateqoriya: Qarabağ
Tarix: 02-10-2021 11:30
Baxış sayı: 4212
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını