Qaçqınların v ə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə ata-baba yurdlarına baş çəkən və həmin yerlərə getmək arzusunda olan keçmiş məcburi köçkünlərin xatirələri və təəssüratları barədə videoçarxlar hazırlayır. Vətən həsrəti bitən həmvətənlərimiz, xüsusən, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəliyi və siyasi-diplomatik fəaliyyəti nəticəsində işğalçı Ermənistanın döyüşsüz tərk etməyə məcbur olduğu Ağdam,

"...Yerin-göyün dərd ortağı, daha kimin kimsəsiyəm, Tanrının xəbəri yoxdu, nə yüklər qoyub çiynimə..." Dalidag.az Sevinc Qəribin yeni şeirlərini təqdim edir: AĞACLARI ZİKR EDİRƏM OVCUMDA PÖHRƏ ARZULAR... Həsrətimin hönkürtüsü buludları silkələyir, Dağ başında qara dönür yanağımı yuyan yaşlar. Ayrılığın üzü sərtdi ümidimi tikələyir, Vüsalıma qılınc çəkir sükutdan doyan savaşlar. Dizimə dayaq etdiyim təpər əsası çatladı, Ürəyimi calaq etdim rəngə susamış ruhuma. Off.., uzaqlara yerikləyən

Bu gün Azərbaycan və Türkiyə Prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməli qoyma mərasimində iştirak ediblər. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular. Sonra dövlət başçıları Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular.

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. Dalidag.az

Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatlara başlamaq imkanları erməni ekspertləri narahat edir. Dalidag.az xəbər verir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması Azərbaycanın növbəti dəfə hərbi qüdrətindən istifadəni aktuallaşdırıb. Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün bu gün Azərbaycana gələcək. Ərdoğanın bu gəlişi onun son bir ildə Azərbaycana üçüncü səfəri olacaq. Bir günlük səfər zamanı Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Azərbaycanın işğaldan azad edilmiş Qarabağ ərazisində inşa etdirdiyi ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı Ərdoğanın da qatılacağı mərasimlə istifadəyə veriləcək və Türkiyə
Yazı axını