Reklam
Bakı hərbi əməliyyata başlaya bilər? – Ermənilər qorxuda
26-10-2021 11:21
Dalidag.az xəbər verir ki, xüsusilə Zəngəzur dəhlizi məsələsi, Ermənistan tərəfinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarından irəli gələn tələblərin icrasını gecikdirməsi, Qarabağdan erməni silahlılarının çıxarmaması Azərbaycanın növbəti dəfə hərbi qüdrətindən istifadəni aktuallaşdırıb.
Erməni politolqlar Azərbaycanın hərbi gücdən istifadə imkanlarını istisna etməsələr də, bunu qarşısını Rusiya və İranın alacağı ilə təsəlli tapırlar.
İranşünas Vardan Voskanyan bildirib ki, Azərbaycan 10 noyabr bəyanatının tələblərinin icrası üçün Zəngəzura hərbi müdaxilə edə bilməz, “belədə İran dərhal məsələyə qarışacaq”.
Digər erməni ekspertlər də Ermənistan ərazisinin KTMT çərçivəsində Rusiyanın himayəsi altında olduğunu əsas gətirərək, Azərbaycanın buna risk etməyəcəyini iddia ediblər.
Bütün bunlar isə Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizinin icrasından yayınması imkanlarının, imzasından imtina “manevrinin” olmasına xidmət edir.
Ancaq üçtərəfli bəyanatların zəmanətçisi Rusiya lideri Putindir. Putin isə 2016-cı ilin aprelində torpaqları qaytarmaq öhdəliyi götürən, ancaq əməl etməyən Ermənistan rəhbərliyinin xəyanətinə görə 44 günlük müharibədə seyrçi qaldı.
Eyni halın təkrarlanmayacağına erməni ekspertlər də əmin deyillər. Ona görə də Ermənistan KTMT üzvü olsa da, “yardıma” İranı çağırırlar və Zəngəzur məsələsində Tehranın “hərbi müdaxiləyə” imkan verməyəcəyinə “ümid” edirlər.../axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 26-10-2021 11:21
Baxış sayı: 3334Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar





























