Reklam
Paşinyan görüş şərtini AÇIQLADI: Bütün mina xəritələrini verəcəm, əvəzində ƏLİYEV…
04-10-2021 09:54

Nikol Paşinyan Prezident İlham Əliyevlə görüşməyə hazır olduğunu bildirib.
Görüşə Ermənistanın əlindəki bütün mina xəritələri ilə gələcəyinə söz verir, əvəzində İlham Əliyevin Bakıda saxlanılan bütün erməni terrorçuları özü ilə gətirməyini istəyir.
Praktiki olaraq, görüşə erməni terrorçularını aparmaq mümkünsüzdür, Nikol bunu ibarəli formada deyir, yəni məsələnin birdəfəlik həllini istəyir.
Erməni terrorçuların mina xəritələri ilə barter edilməsi Bakının strateji addımlarından biridir, lakin burada iki problemli məqam var:
1. Müharibədən sonra Qarabağda saxlanılanlar ermənilər arasında qətl törədənlər var: digərlərini nələrinsə qarşılığında təhvil vermək olar, lakin Azərbaycan əsgərini qətlə yetirən, mülki şəxsləri yaralayanlar istisnadır;
2. Ermənistanın verdiyi xəritələrin dəqiqliyi sual altındadır: indiyə qədər verilən xəritələrin yalnız 25 faizi doğru olub;
Rəsmi Bakı artıq minalanmış ərazilərin xəritələrini yox, basdırılmış minaların dəqiq yerlərini əks etdirən xəritələri tələb edir: Əliyev son müsahibəsində bunu açıqlamışdı;
Azərbaycan Ermənistanın yekun sülh sazişi imzalayacağı təqdirdə, erməni terrorçuların hamısının qaytarılması məsələsi üzərində düşünə bilər.kaim.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 04-10-2021 09:54
Baxış sayı: 4399Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























