Cozef Bayden və Rəcəb Tayyib Ərdoğan “ABŞ-la geniş əlaqələrimiz var”. Dalidag.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı sualı cavablandıran sözçü deyib: “ABŞ-la siyasi, iqtisadi, energetika,

“Başlıbel kəndi rayonla 64 km məsafədə yerləşdiyindən, 2 aprel 1993-cü ildə Kəlbəcərin işğalından gec xəbər tutduq. Başlıbel kəndinin rayona çıxış yolu “Tunel”dən keçirdi. Kəndi tərk edən maşınlar geri qayıtdılar. Dedilər ermənilər artıq “Tunel”i tutublar. Sakinlər kənddən dağ yolu ilə piyada çıxmağa başladılar. Camaat heç paltar belə götürə bilmədi”. Dalidag.az xəbər verir ki, bu sözləri modern.az-a 113 gün düşmən mühasirəsində qalan Başlıbel sakini Habil Sönməzoğlu babasının qalıqlarının

Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qərargah təlimlərinə başlayıb. Dalidag.az xəbər verir ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək. Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin bu gündən başlayacaq

Azərbaycanda bir çox siyasətçi tarixi perspektivdə Şimali və Cənubi Azərbaycanın bir dövlətdə birləşəcəyini deyir. İranda da Azərbaycanın tarixi Fars imperiyasının bir hissəsi olduğunu iddia edirlər və birlikdən danışırlar. Dalidag.az xəbər verir ki, bunu keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib. “İran Zəngəzuru öz nəzarətinə götürsə, gec-tez onsuz da vahid Azərbaycanın bir hissəsi olacaq. Belə də ki, Ermənistanda İranın bu reveransına çox da sevinmirlər”, - politoloq

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür. Dalidag.az xatırladır ki, 2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb. Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib.

Bu gün atam Eldar Həsənovun doğum günüdür. Böyük təəssüf hissi ilə bildirirəm ki, bu, onun son 1 ildən artıq müddətdə həbsxanada keçirdiyi ikinci ad günüdür. Atamı ürəkdən təbrik edirəm, ona uzun və sağlam həyat, xoşbəxtlik və azadlıq arzulayıram. Valideyni üçün doğum günündə Azadlıq arzulayan neçə övlad var dünyada? Bir ildən artıq bir müddətdə bizim yaşadıqlarımızın və ya yaşamadıqlarımızın səbəbi nədir? Nədir çəkdiklərimiz? Atamla bağlı nə baş verir? Niyə həbsdədir və nədə ittiham olunur?

Unudulmuş unudulmazlar KƏLBƏCƏRƏ GEDİRİK, TAHİR! Sən ki, həmişə öndə olardın, haradasan, ay dağlarda ürəyini qoyub gələn eloğlum... Hamıdan daha çox haqqın çatırdı ki, Murovdağı ilk aşıb dağılan yurduna ayaq basasan, axı, 5-6 il idi ki, "çomaqla" qoruyurduq o dağları, qardaş... Yerin hər zaman görünəcək HAŞİYƏ : Allah sənə rəhmət eləsin, qardaş! Yerin həmişə görünür hər yerdə. Kəlbəcəri canıyla-qanıyla qoruyan əmioğlu, son ümidlərinin qırıldığı gün - 1993-cü il aprelin 2-də Aşağı Qılınclı kənd

Azərbaycan XİN Arutyunyanın İrəvanda erməni komandirlərlə görüşdə səsləndirdiyi təhlükəli fikirlərə reaksiya verməlidir... Neçə gündür ki, Azərbaycan mediasında Qarabağdakı köçmən ermənilərin qondarma icmasının başçısı Araik Arutyunyana sui-qəsd edilməsi haqda iddialar var. Bunu həmkarlarımız havadan almayıblar, Ermənistanın hansısa voskanapat.info saytına istinadən belə bir xəbər tirajlanıb. Azərbaycan mediasının "erməni tələsinə" belə asanlıqla düşməsinin səbəbi bəllidir. Ermənilər arasında

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Dalidag.az Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib - Moskvada Azərbaycan, Rusiya və

“The Sun” qəzeti üçüncü dünya müharibəsinin 4 istiqamətdə başlaya biləcəyinə dair məqalə yayımlayıb. Məqalə müəlliflərinin fikrincə, üçüncü dünya müharibəsi Tayvan adasında, Hindistanla Pakistan arasında Kəşmir uğrunda, Hörmüz boğazı üzərində nəzarət uğrunda və Şimali Koreya ilə ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər. Hindistanla Pakistan hər ikisi nüvə sialına malikdir. Bu iki dövlət arasında münasibətlərdəki gərginlik yarandıqları tarixdən davam edir, aralarında
Yazı axını