Ermənistan parlamentinin "Ermənistan" blokundan olan üzvü Zemfira Mirzoyeva Sankt-Peterburqda keçirilən MDB Parlamentlərarası Gənclər Assambleyanın iclasına qatılmaqda imtina edib. D alidag.az-a istinadən xəbər verir ki, bu barədə Z.Mirzoyeva erməni mediasına açıqlamasında deyib. "Səbəb odur ki, o iclasda Hacıyevanı assambleyaya koordinator seçmək istəyirlər. Hacıyeva Azərbaycanı təmsil edir. Məndə olan məlumata görə, bizim nümayəndə heyəti ona səs verəcək. Mənim üçün bu qəbuledilməzdir. Başa

Bir qrup kəlbəcərli ziyalı həbsdə olan keçmiş səfir Eldar Həsənovla bağlı Prezident İlham Əliyevə müraciət etdi: " Hörmətli cənab Prezident, biz Sizin işğaldan azad etdiyiniz Kəlbəcər rayonundan olan bir qrup ziyalı adından Sizə müraciət etməyi məqsədəuyğun sayırıq. Çünki Siz hər bir vətəndaşa qayğı və diqqətlə yanaşdığınız kimi, bizlər də Sizin bu səmimi münasibətinizi daima öz üzərimizdə hiss etmişik və edirik. Sizin qiymətli vaxtınızı aldığımıza görə bəri başdan üzrxahlıq edirik. Amma bizi

Oktyabrın 20-də Tərtər rayon Şıxarx qəsəbəsində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi Məmmədov Elşən Dağıstan oğlunun anım günü qeyd olunub. Dalidag.az -ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər və Tərtər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir

VƏTƏNİNİ CANINDAN ÇOX SEVƏN ŞƏHİDİM Polkovnik-leytenant Zaur Cəfərov doğma Kəlbəcəri, doğulduğu Başlıbel kəndini canından çox sevirdi. O, bu sevgini həmişə qəlbində gəzdirər, torpaqlarımızın düşməndən azad edilməsi əməliyyatlarına bir gün başlanacağına inanardı. Məhz bu səbəbdən də Zaur hərbçi olmağı qərara almışdı. Ötən il sentyabrın 27 -də başlayan Vətən Müharibəsində Zaurun vəzifəsi artilleriya komandiri olsa da Zaur elə hey irəli can atır, doğma Kəlbəcərə ilk daxil olan hərbçilərimizdən

Zəngilan şəhərinin işğaldan azad edilməsinin 1 ili tamam olur. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının miqyasını genişləndirərək, döyüşlərin 24-cü günü Zəngilan rayonunun ərazisinə daxil olub. Düşməni sıxışdıraraq geri çəkilməyə məcbur edən ordumuz oktyabrın 20-də Zəngilan rayonunun bir neçə yaşayış məntəqəsini

Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Dalidag.az -ın məlumatına görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin

Toğanalı-Kəlbəcər avtomobil yolu, Ömər aşırımı qardan təmizlənir. Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli videogörüntü paylaşıb./axar.az Dalidag.az

Elşən Əzim Kəlbəcər İlahi, cənnətin ortasındayam, O dağ Kəlbəcərdi, bu dağ Kəlbəcər. Zəfər günəşini payızda görüb, Çiçəyi çırtlayan budaq Kəlbəcər. Salam, a güzgülü göllər, gəlmişəm, Salam, a çəmənlər, çöllər, gəlmişəm. Məni qocaldıbdı illər, gəlmişəm, Səni sarsıtmayıb sınaq, Kəlbəcər. Gəldim, dərd ömürdən uzun olmadı, Dinən Tərtər oldu, sazım olmadı. Sinəm söz bağladı, lazım olmadı- Nə qələm, nə də ki, varaq, Kəlbəcər. Elə yandırıbdı bu həsrət, elə, Kül edib bu hicran, bu möhnət, elə...

Quru Qoşunlarının 2021-ci ilin hazırlıq planına uyğun olaraq oktyabrın 19-dan Laçında komanda-qərargah təlimi başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Təlim kommunikasiya vasitələrinin geniş tətbiqi ilə ərazi, xəritə və ərazinin maketi üzərində icra olunur. Komanda-qərargah təlimində müasir idarəetmə üsullarının icra edilməsilə Quru Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yoxlanılır. Dalidag.az

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov yenidən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanaya qaytarılıb. Dalidag.az xəbər verir ki, bu barədə report-a onun vəkili Cavad Cavadov məlumat verib. Bildirib ki, sabiq səfir oktyabrın 17-də DTX-nin Hərbi Hospitalından təcridxanaya qaytarılıb. Qeyd edək ki, E.Həsənov bir neçə gün əvvəl DTX-nin Hərbi Hospitalına yerləşdirilmişdi. Onun hipertoniya və digər
Yazı axını