Reklam
Noolar, bircə kəlmə məzəmmət elə, eşidim dilindən qınaq, Kəlbəcər
19-10-2021 11:11
Elşən ƏzimKəlbəcər
İlahi, cənnətin ortasındayam,
O dağ Kəlbəcərdi, bu dağ Kəlbəcər.
Zəfər günəşini payızda görüb,
Çiçəyi çırtlayan budaq Kəlbəcər.
Salam, a güzgülü göllər, gəlmişəm,
Salam, a çəmənlər, çöllər, gəlmişəm.
Məni qocaldıbdı illər, gəlmişəm,
Səni sarsıtmayıb sınaq, Kəlbəcər.
Gəldim, dərd ömürdən uzun olmadı,
Dinən Tərtər oldu, sazım olmadı.
Sinəm söz bağladı, lazım olmadı-
Nə qələm, nə də ki, varaq, Kəlbəcər.
Elə yandırıbdı bu həsrət, elə,
Kül edib bu hicran, bu möhnət, elə...
Noolar, bircə kəlmə məzəmmət elə,
Eşidim dilindən qınaq, Kəlbəcər.
Gəldim evimizə bu axşam vaxtı,
Yanan qoy ev olsun, gözüm ki toxdu.
Sazımı axtardım, heç o da yoxdu,
De bir hava çalsın bulaq, Kəlbəcər.
Kəlbəcər
Kateqoriya: Kəlbəcər
Tarix: 19-10-2021 11:11
Baxış sayı: 2421Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























