Reklam
Tərtərdə kəlbəcərli şəhidin anım mərasimi keçirilib - Şəkil
20-10-2021 16:35

Oktyabrın 20-də Tərtər rayon Şıxarx qəsəbəsində Kəlbəcər rayon sakini Vətən Müharibəsi Şəhidi Məmmədov Elşən Dağıstan oğlunun anım günü qeyd olunub.
Dalidag.az-ın məlumatına görə, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər və Tərtər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhuna dualar oxunub.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev mərasimdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və Zəfərlə başa çatan, Vətən Müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Bununla yanaşı şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar.Vətən Müharibəsində respublikamızın bütün bölgələrində olduğu kimi Kəlbəcər rayonundan da yüzlərlə gənc ordu sıralarına könüllü qoşuldu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşdular.Belə cəsur döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi, Azərbaycan Ordusunun Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Qulluqçusu Məmmədov Elşən Dağıstan oğludur. Bütün Kəlbəcərlilər adından şəhid Məmmədov Elşənin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, şəhidimizə Allahdan rəhmət diləyirik.
Daha sonra çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Kəlbəcər rayonundan olan şəhid Məmmədov Elşənə Allahdan rəhmət, ailəsinə səbir diləyib.Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açıb. Müstəqim Məmmədov bildirib ki, qalib Azərbaycan xalqı şəhidlərimizin xatirəsini hər zaman əziz və uca tutacaqdır.
Şəhid valideyinləri adından Vətən Müharibəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək, onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Dalidag.az

Kateqoriya: Sosium
Tarix: 20-10-2021 16:35
Baxış sayı: 3295Yazı axını
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















