Vətən Müharibəsi Qəhrəmanı - ŞƏKİL
02-10-2021 11:10

Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş ən gənc döyüşçülərdən biri də Azər Abdullazadədir. O, 2001-ci il Tərtər rayonunun Cəmilli kəndində anadan olub. 2019-cu ildə hərbi xidmətə yollanıb. Orada tank bölüyündə xidmət edib.
Dalidag.az bildirir ki, gənc qəhrəman özü və keçdiyi döyüş yolu haqqında təəssüratlarını trend-ə danışıb.
Bildirib ki, hərbi xidmətini başa vurmağa az qalmışdı ki, Vətən müharibəsi başlanıb:
Bildirib ki, hərbi xidmətini başa vurmağa az qalmışdı ki, Vətən müharibəsi başlanıb:
"Müharibənin başladığı ilk gündən bir tankçı olaraq Füzuli istiqamətində döyüşlərə atıldım. Əsasən, Füzuli və Cəbrayıl istiqamətində döyüşmüşəm. Birinci dəfə sentyabr ayının 30-da Füzuli istiqamətində gedən döyüşlərdə yaralandım. Məni hospitala təxliyə etdilər. Bir gün sonra öz təkidimlə təkrar döyüşə qayıtdım. Düşmənin çoxsaylı canlı qüvvəsini və zirehli texnikasını heyətində olduğum ekipajla məhv etdik. İkinci dəfə oktyabr ayının on biri Cəbrayıl rayonunun Hacılı kəndində yaralanmışam. Tankda üç nəfər idik. Tankımız vurularkən tank komandirimiz şəhid oldu. Mən və digər döyüş yoldaşım ağır yaralandıq. Mən sağ gözümü itirdim, sol gözüm isə zədə aldı. Hələ də başımda dörd qəlpə var. Bu günə qədər yeddi dəfə əməliyyat olunmuşam. Müalicəm hazırda da davam edir".
O, ən yüksək fəxri adla - Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edildiyi üçün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdar olduğunu bildirdi: "Onu da xüsusilə vurğulamaq istəyirəm ki, uşaqlıqdan vətənpərvər ruhda tərbiyə olunmuşam. Birinci Qarabağ müharibəsində qazi olan atamın, şəhid olan əmimin qanı məndə düşmənə olan nifrəti daha da artırırdı. Şükür bu günə ki, onların qisasını aldım... Üzümü gənclərə tutub demək istəyirəm ki, Vətəni ürəkdən sevin, onu müdafiə etməyə, yeri gələrsə, uğrunda canından keçməyə hazır olun. Qoy, Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının rəşadəti, qorxmazlığı hər kəsə nümunə olsun!

Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 02-10-2021 11:10
Baxış sayı: 4717Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30

.jpg)