Reklam
Bədbəxt, kiçik, koloniya Ermənistan... – Rus mediası
29-10-2021 14:39
Dalidag.az xəbər verir ki, bu sözlər rusiyalı jurnalist Yuliya Latıninanın “Novoya qazeta”da dərc olunan məqaləsində yer alıb.
“Suriyada və Liviyada “ixtamnet”ləri (onlar orada yoxdur) məhv edən türk PUA-ları var. Biz instinktlə hərəkət edərək yarı çürümüş siyasi meyit marşal Xəlifə Haftarı dəstəklədik, hansı ki, onun hərbi peşəkarlıq səviyyəsi 1987-ci ildə Liviya inqilab zamanı Çadın şanlı qoşunlarına əsir düşməsiylə üzə çıxdı”, – deyə Latınina yazıb.
O, məhz bu PUA-lar vasitəsilə Azərbaycanın Qarabağda erməni qoşunlarını məhv etdiyini bildirib:
“Rusiyanın müttəfiqləri çoxdan yoxdur, onun girovları var. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı yeganə girovudur. Bu bədbəxt, kiçik, soyulmuş ölkədir - hansı ki, əvvəlki hökumətlər orduda reformlar aparmadılar, yenidən silahlanmadılar, heç nə etmədilər, sadəcə ölkəni Rusiyaya verdilər və düşündülər ki, qarşılığında Moskva faktiki koloniyasını heç olmasa müdafiə edəcək”.
O, ABŞ və Rusiyadan asılı olan ölkələrin fərqini də izah edib:
“Biz ABŞ-dan asılı olan ölkələrlə nə baş verdiyini bilirik. Məsələn, Yaponiya və Cənubi Koreya ali iqtisadi gücə çevrildilər. Allah eləməsin ki, Rusiyadan asılı vəziyyətə düşəsiniz. Dnestryanı və Donbasdakı kimi yaşayacaqsınız”./axar.az
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 29-10-2021 14:39
Baxış sayı: 3300Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15




























