Reklam

Qarabağda erməni diasporunun pulları necə oğurlanır? - DETALLAR
12-09-2021 12:25

Ağdərə rayonunun Vəng kəndində anadan olan tanınmış moskvalı xeyriyyəçi, iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı xeyriyyə aksiyaları keçirib.
Dalidag.az xəbər verir ki, bu haqda erməni mətbuatı yazıb. Sonradan məlum olub ki, iş adamının ayırdığı vəsaitin böyük hissəsi separatçıların bandit rejimi tərəfindən mənimsənilib.
Qalmaqal yüksək rezonans doğurub. Dələduzluqda günahlandırılan Ayrapetyanın Rusiyadakı işi də müzakirə obyekti olub. Rusiya məhkəməsi Ayrapetyanın rusiyalı keçmiş senatorun anasına 700 min dollar atdığını sübut edib.
Mordoviya həbsxanasında ölən dələduz bu pulun bir hissəsini xeyriyyə məqsədi ilə Qarabağ separatçılarına göndərib. Lakin separatçılar Ayrapetyanın özünü aldadıb.
Məhkum xeyriyyəçi ölümünə qədər separatçıların oğurladığı pulu qaytarmağa çalışıb. Amma xeyirxah missiyasını başa vurmağa vaxt tapmayıb və ölüb. Fırıldaqçı xeyriyyəçinin "işini" qızı davam etdirib.
Erməni KİV-lərinin xəbər verdiyi kimi, Ayrapetyanın qızı saxta xeyriyyəçinin bir vaxta qədər onlarla müxtəlif tikinti texnikası alaraq Vənk kəndinə təhvil verdiyini bildirib. 2020-ci ildə texnikanın Ağdərədə müvəqqəti yaşayan Edgar Arutyunyan və Andrey Sarkisyan tərəfindən mənimsənildiyi ortaya çıxıb. Bu insanlar texnikaları şəxsi ehtiyacları üçün istifadə ediblər və geri qaytarmaqdan imtina ediblər.
İndi qız Ermənistan hakimiyyətindən müdaxilə etməsini və mənimsənilən texnikanın geri qaytarılmasını xahiş edir. Ancaq Rusiyanın Qarabağdakı məsuliyyət bölgəsindəki erməni separatçılarının liderləri Ağdərədəki quldur ünsürləri ilə mübarizə aparmağa tələsmirlər. Çünki bu zonada qarşılıqlı zəmanət sistemi mövcuddur və erməni jurnalistlərin araşdırmalarından sonra məlum olduğu kimi, investisiyaların cəlb edilməsi üçün yırtıcı sxemin arxasında separatçıların liderləri, xüsusən keçmiş "prezident" Bako Saakyan dayanıb.Bizim.Media
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
12 / 07 / 2025
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar