Ermənistan paytaxtı İrəvanda yaşayan Vladimr Vardanyan İkinci Qarabağ müharibəsində könüllü iştirak edib. O, döyüşlərdə bir qolunu itirib.
Dalidag.az xəbər verir ki, Vladimr Vardanyan "BBC News Azərbaycanca"ya müsahibəsində Qarabağda yaralanmasından, azərbaycanlılarla ermənilərin birgə yaşayıb-yaşaya bilməyəcəyindən danışıb.
"Onların (azərbaycanlıların - red.) qarşısını almaq mümkün deyildi. Bir halda ki, onlar Şuşaya çatmışdı, Xankəndiyə girmələri dəqiqə məsələsi idi.Biz qalib gələ bilməzdik. Bu, birmənalıdır. Əgər üçtərəfli bəyanat olmasaydı, Azərbaycan müharibəyə davam etsəydi, indi müharibədən geri qayıdan olmayacaqdı”, - deyə Vardanyan etiraf edib.