Reklam

Kəlbəcərlilərin online müraciətləri hansı səviyyədədir?
08-08-2021 10:52

Müasir dövrün tələblərindən ən vacibi hesab edilən internet resurslarından istifadənin hamı üşün əlçatan olması dövlətimizin sosial siyasətinin tərkib hissəsidir. Pandemiya şəraitində vətəndaşlarımızın bir-biri ilə daha az təmasda olmasının vacibliyini nəzərə alsaq, bu baxımdan məsələ daha da aktuallaşır.
Məcburi köçkün şəraitində ölkəmizin müxtəlif rayonlarında məskunlaşmış həmyerlilərimizin internet resurslarından istifadə etməklə mərkəzi icra orqanlarına online (internet vasitəsi ilə) ərizə və şikayətlərinin göndərilməsinin səviyyəsini aydınlaşdırmaq məqsədi ilə Kəlbəcər rayon icra hakimiyyətində ümumi şöbənin müdiri vəzifəsini icra edən Xanoğlan Əhmədova müraciət etdik. Xanoğlan müəllimin açıqlamalarından belə aydın oldu ki, vətəndaşların rayon icra hakimiyyətinə ünvanladıqları məktublar, əsasən, ənənəvi qaydada, yəni rabitə şöbəsi vasitəsi ilə poçtla göndərilməyə üstünlük verilən məktublardır. Xanoğlan Əhmədov ümumi şöbəyə daxil olan məktubların əksəriyyət hissəsinin Respublikanın mərkəzi təşkilatlarına (Prezident Aparatı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi və s.) ünvanlanmış ərizə və şikayətlərin baxılması üçün yönəldilmiş ərizələr olduğunu bildirdi. Vətəndaşların online ( internet vasitəsi ilə ) Kəlbəcər rayon icra hakimiyyətinə birbaşa müraciəti isə azlıq təşkil edir.
Bu kiçik araşdırmamızdan görünür ki, məcburi köçkünlər ərizə və şikayətlərini hələ də ənənəvi qaydada yazmağa üstünlük verirlər. Ancaq yaxşı olardı ki, vətəndaşlarımız uzun vaxt aparan yazışmalardan əl çəkərək sürətli internet resurslarından istifadəyə üstünlük verməklə online (internet vasitəsi ilə) müraciəti daha çox işlədəydilər.
Oqtay SALAHLI
Dalidag.az



Yazı axını
09 / 09 / 2025
09 / 09 / 2025
08 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
07 / 09 / 2025
06 / 09 / 2025
06 / 09 / 2025
05 / 09 / 2025
04 / 09 / 2025
03 / 09 / 2025
02 / 09 / 2025
01 / 09 / 2025
31 / 08 / 2025
30 / 08 / 2025
29 / 08 / 2025
29 / 08 / 2025
28 / 08 / 2025
28 / 08 / 2025
25 / 08 / 2025
25 / 08 / 2025
22 / 08 / 2025
Ən çox oxunanlar
02-09-2025 10:24
