Daha bir kəlbəcərli şair yurd-yuvasına qovuşmadan dünyasını dəyişdi. Dalidag.az xəbər verir ki, Kəlbəcər ədəbi mühitində özünəməxsus yeri olan Əlqəmə Əmrahoğlu vəfat edib. Mərhum şair Dədə Şəmşir nəslindəndir. Şəhid atasıdır. 1992-ci ildə Ağ­da­ban faciəsi baş verərkən hərbi xidmətdə olan oğlu Ziyyəddin Məmmədov kəndin müdafiəsi zamanı həlak olub. Qeyd edək ki, Əl­qəmə Əm­rah oğ­lu Məm­mə­dov 1936-cı il­də Kəl­bə­cər ra­yo­nu­nun Ağ­da­ban kən­din­də ana­dan olub. Gənc­lik il­lə­rin­dən şeir

Sevinc Qəribin yeni şeirlər kitabı nəşr edilib. Dalidag.az xəbər verir ki, "Elm və təhsil" nəşriyyatında nəfis şəkildə çapdan çıxan kitabın redaktoru Namiq Dəlidağlıdı. Qeyd edək ki, "Ovcun əllərimin isti yuvası" şeirlər toplusu istedadlı şair Sevinc Qəribin "Hardasa o uzaqlarda..." kitabından sonra oxucuları ilə növbəti görüşüdü. Kitaba şairin son illərdə qələmə aldığı müxtəlif mövzuları əhatə edən poetik nümunələr toplanıb. Dalidag.az

Avqustun 13-ü axşam saatlarında Kəlbəcər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə nəticəsində hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub. Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Dalidag.az

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib. Dalidag.az bildirir ki, bu haqda axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub. Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq
Yazı axını