Reklam
Qələbə xəbərini çatdırmaq 5 yaşlı "Manevr.az"saytına da nəsib oldu
01-08-2021 13:24
Üzərinə hər-hansı bir missiya götürmək, bir addım atmaq, getdiyin yolda bütün problemləri, qarşına çıxacaq çətinlikləri, maneələri gözə alıb irəliləmək mütləq qətiyyət tələb edir. Düz 5 il əvvəl biz də qətiyyətimizə söykənib çətin və məsuliyyətli bir yola çıxdıq. Yolumuzun adını “Manevr.az” qoyduq- operativ xəbər saytı. Məqsədimiz, məramımız bəlli, operativ və ədalətli olmaq, hadisələrə obyektiv yanaşmaq, oxucunu təzə xəbərlə təmin etmək...2016-ci il avqust ayının 1-də heç bir maddi dəstək olmadan, bir neçə nəfər qələmdaşla yayıma başladıq. Gündəmə uyğun informasiya hazırlamaq, yeni xəbər istehsal etmək, ölkədə və dünyada baş verən mühüm hadisələri operativ olaraq oxucuya çatdırmaq idi əsas məqsədimiz. Düşünürəm ki, biz müəyyən mənada məqsədimizə çatmışıq. Əslində bunu geridə qoyduğumuz illər göstərir. Təbii ki, poblem bolluğunda nə qədər əziyyət çəksək də yolumuza davam etmək niyyətindəyik və buna çalışırıq.
Qeyd edim ki, saytımız Vətən müharibəsindən əvvəl Qarabağ həqiqətlərini mütəmadi olaraq öz səhifələrində işıqlandırıb, 44 günlük savaş müddətində isə rəsmi xəbərləri operativ şəkildə oxucularına çatdırıb.İllərdir ki, hər bir mətbuat işçisinin, jurnalistin, ən böyük arzusu çalışdığı mətbu orqanda Qələbə xəbərini manşetə çxarmaq, bu sevinci paylaşmaq idi. Şükürlər olsun ki, arzular çin oldu və biz Böyük Qələbə sevincini oxucularımızla bölüşə bildik. Bu gün isə Qələbə sevincini əks etdirən yazılar, cəbhə bölgələrindən verilən xəbərlər saytın səhifələrində öz əksini tapır. Eyni zamanda saytda gündəmin əsas mövzularını əhatə edən müsahibələr, təhlillər, reportajlar, video layihələr təqdim edilir.
Bu gün Manevr.az Azərbaycan media məkanında kifayət qədər oxucu auditoriyası qazanıb.
5 il zaman etibarı ilə böyük müddəti əhatə etməsə də görülən işlər, bu ağır informasiya burulğanında boğulmadan, üstəlik yuxarıda qeyd etdiyim kimi, heç bir dəstəksiz fəaliyyətini davam etdirə bilmək gücü əslində bu beş ili daha da dolğunlaşdırıb. Deyə bilərik ki, az vaxtda çox iş görməyə nail olmuşuq.
Bu müddətdə bizimlə əməkdaşlıq edən qurumlar, fərdi qələm sahibləri oldu ki, onlara bizimlə yol yoldaşı olduqları üçün çox sağ olun, deyirik.
Fəaliyyətimiz boyunca neçə-neçə vətəndaşımızın sosial problemini işıqlandırmaqla aidiyyəti qurumlara çağırışlar etdik, problemlərin həllinə vəsilə olmağa çalışdıq. Şəhid ailələrinin, qazilərin, yurd həsrətiylə qovrulan məcburi köçkünlərin səsi olduq.
İlk qələm sınaqlarını redaksiyamıza göndərib yayımlanmasını istəyən gənc yazarlara dəstək olmağı da özümüzə borc bildik.
Bu illər ərzində xeyli nailiyyətlərə imza atdıq. Azərbaycan Mətbuat Şurasının üzvü olaraq müstəqil mətbuat arenasında aparıcı saytlar sırasında yer almağı bacardıq.
Bu gün saytımızın 5 yaşı tamam olur. 5 yaşlı Manevr.az-ın bundan sonra da öz missiyasına sadiq qalacağına, oxucu tələbinə cavab verəcəyinə, haqlının yanında olacağına və bu xüsusda ədalətli yanaşması ilə sözə xəyanət etməyəcəyinə əminəm.
28 il sözə xidmət edən, jurnalistikada külüng çalan, xarakteri, prinsipiallığı, tələbkarlığı və məsuliyyəti ilə kollektivi sözün əsl mənasında bir yumruq kimi saxlamağı bacaran Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, saytın təsisçis şair, jurnalist Namiq Dəlidağlının rəhbərliyi ilə çox illər qət etməyi düşünürük. Bu inam, qətiyyət və çalışqanlıqla ən az 50 yaşa varacağımıza inanıram.Əziz Manevr.az rəhbərliyi, kollektivi, 5 yaşımız mübarək! Hədəfimizə çatmağı və indiki kimi gələcəkdə də biz olmağı arzulayıram özümüzə. Əlbəttə, bu təbrikdən bizimlə əməkdaşlıq edən həmkarlarımıza və saytımızın oxucularına da pay düşür. Hər birimizə uğurlar!
Sevinc Qərib
Dalidag.az
Kateqoriya: Manşet / Sosium
Tarix: 01-08-2021 13:24
Baxış sayı: 3446Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















