Ermənistanın Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəd Vardenis rayonunda Rusiya sərhəd qoşunlarının patrulu görünüb. Dalidag.az xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb. Fotoya əsasən Rusiya ordusunun biri yüngül zirehli olmaqla iki hərbi texnikası sərhədə yaxın ərazilərdə hərəkət edir. Xatırladaq ki, son aylar Ermənistan ordusu o cümlədən Kəlbəcər istiqamətində tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutur və təxribatlara əl atır. Bundan əvvəl Rusiya sərhəd

"...Toy gününün ildönümündə şəhadətə ucalan Eldar yolunu gözləyənlərə sarı gedirdi..." Dalidag.az Fərid Muradzadənin yeni hekayəsini təqdim edir: S on günlər avtomobillərin arxa şüşəsinə həkk olunmuş ilk dəfə kim tərəfindən işlədildiyi bilinməyən bir cümlə daha çox diqqətimi cəlb edir"Biz tarix yazdıq, siz oxuyarsınız" Bəli, onlar tarix yazdılar. Onlar, 44 günlük Vətən müharibəsinin qəhrəmanları olaraq tarixin daş kitabələrinə qanları ilə əbədi həkk olunmuş yeni səhifələr yazdılar. Məhz o tarix

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel faciəsi qurbanlarının yaxınları ilə görüşüb. Dalidag.az -ın məlumatına gör, görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Başlıbel faciəsi zamanı həlak olmuş şəxslərin yaxınları və faicənin canlı şahidləri iştirak edib. Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və faciə qurbanlarının əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin

“On ildən sonra milli eyniyyətimizin qorunması barədə danışmağın mənası olmayacaq” Şimalı Osetiya-Alaniya Respublikası parlamentinin deputatı, Milli siyasət və gənclərlə iş üzrə komitənin sədr müavini, Şimalı Osetiya ictimai təşkilatı olan “Heydər Əliyev adına “Azəri” Azərbaycan Milli-Mədəni Cəmiyyəti”nin rəhbəri Fuad Kazımov "ilkxeber.org"un qonağı olub. Onunla Rusiyada yaşayan soydaşlarımızın ana dili ilə bağlı problem və çətinlikləri, milli-mədəni mərkəzlərinin fəaliyyəti və s. barədə

Süleyman Sani Rzaqulu bəy oğlu Axundov oktyabr ayının 21-i 1875-ci ildə Şuşa şəhərində bəy ailəsində anadan olmuşdur. Süleyman Sani Axundov psixoloji, pedaqoji biliyə malik olan bir müəllim idi. O, maarif işini Qarabağ və Zəngəzurda məktəb, uşaq evi, klub, qiraətxana və başqa mədəni-maarif ocaqlarının açılmasına sərf etmişdir və Azərbaycanda mədəni maarif işlərinin möhkəmlənməsinə xidmət edirdi. Süleyman Sani Axundov mart ayının 29-u 1939-cu ildə Bakıda vəfat edib və qəbri Bakıda

Azərbaycan Müdafiə Nazirliyinin üçtərəfli bəyanata əməl edilməməsi haqda bəyanatı, Qarabağda yük maşınlarına görə İrana etiraz notası göstərir ki, Ermənistanın qəbul etdiyi razılaşmaları icra etməsi üçün ayırılan vaxt tamam olub. Dalidag.az xəbər verir ki, bu fikirləri axar.az-a açıqlamasında azərbaycanlı politoloq, "Valday" beynəlxalq diskussiya klubunun eksperti Fərhad Məmmədov deyib. Onun sözlərinə görə, Bakı Rusiya sülhməramlılarının press-relizlərində onların müvəqqəti nəzarəti altında

Ötən gün Xırdalan şəhərində uşaqlara və gənclərə açıq şəkildə narkotik vasitələr təklif olunub. Dalidag.az xəbər verir ki, bu barədə Abşeron KOB İnkişaf Mərkəzinin əməkdaşı Lalə Bağırova “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksində bu hadisənin şahidi olub. “Bu şəkildə gördüyünüz və kameralarımıza düşməyən 14-15 yaşlarında oğlan uşaqları bu gün axsam saat 21:45-22:00 radələrində Xırdalan şəhəri AAAF Park Yaşayış Kompleksinin 11 saylı

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat

Xəbər verdigimiz kimi, ali məktəblərə qəbul üzrə keçirilən imtahanıların nəticələri açıqlanıb. Ayrı-ayrı ixtisas qrupları üzrə keçirilən imtahanda yüksək bal toplayan məzunlar arasında Kəlbəcər məktəbinin yetirmələri də var. Dalidag.az -ın məlumatına görə, I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinə əsasən Kəlbəcər rayon 98 nömrəli tam orta məktəbin məzunu Məhərrəmli İsa IV ixtisas qrupu üzrə 680 bal, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinə əsasən Toğrul

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. D alidag.az
Yazı axını