Reklam
Kəlbəcər RİH-nin başçısı Azər Qocayev Başlıbel faciəsi qurbanlarının yaxınları ilə görüşüb
12-08-2021 16:40
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Başlıbel faciəsi qurbanlarının yaxınları ilə görüşüb. Dalidag.az-ın məlumatına gör, görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Başlıbel faciəsi zamanı həlak olmuş şəxslərin yaxınları və faicənin canlı şahidləri iştirak edib.
Əvvəlcə Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın və faciə qurbanlarının əziz xairəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirmişdir ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayaraq onlara xüsusi diqqət və qayğı göstərir.Rayon rəhbəri qeyd etmişdir ki,Kəlbəcər rayonu da, erməni vandalizimindən əziyyət çəkmişdir və bu gündə rayonumuzun sakinləri bu vandalizmin ağrısını, acısını yaşayır.Kəlbəcər rayonunda ermənilər Ağdaban faciəsindən sonra Başlıbel faciəsini törətmişdir. Başlıbel faciəsi zamanı kənd sakinlərinin bir hissəsi erməni yaraqlılarından qaçaraq canlarını qurtara bilsələrdə, bir hissəsi mağaralara sığınmış və oradaca kütləvi şəkildə erməni vandalizminin qurbanına çevrilərək qətlə yetirlimişdirlər.
Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev bildirib ki, onların ruhlarıda digər şəhidlərimizin ruhları kimi şaddır.Çünki Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasətinin, qətiyyətinin və əsgərlərimizin qəhramanlığı sayəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz bərpa edilmiş və həmin ərazilərdə üç rəngli müqəddəs Azərbaycan bayrağı dalğalandırılmışdır. Eyni zamanda rayon rəhbəri vurğulamışdır ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında artıq işğaldan azad olunmuş rayonlarda, o cümlədən Kəlbəcər rayonunda da, yenidən qurma işləri başlayıb və digər şəhidlərimiz kimi, Başlıbel faciəsinin qurbanlarınında əziz xatirəsi qanunamüvafiq qaydada əbədiləşdiriləcəkdir.
Başlıbel faciəsi qurbanlarının ailə üzvləri və faciənin canlı şahidləri hər zaman dövlət başçısının diqqətini hiss etdiklərini qeyd edərək, onları öz torpaqlarına qovşdurduğu üçün prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişdirlər.
Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 12-08-2021 16:40
Baxış sayı: 3470Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















