Avqustun 5-i saat 23:00-da və 23:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqəsində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun İstisu yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Dalidag.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və

Avqustun 4-ü saat 14:50-dən 00:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Basarkeçər rayonunun Yuxarı Şorca, Əzizli, Şişqaya və Qaraiman, Çəmbərək rayonunun Ardanış yaşayış məntəqələrində yerləşən mövqelərindən Sədərək rayonunun Heydərabad, Gədəbəy rayonunun Novoivanovka və Qalakənd, Kəlbəcər rayonunun İstisu və Yellicə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazə olmadan, nəzarət postlarından kənar yolarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Dalidag.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 2-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən İsa

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyə Respublikasına yola düşüb. Dalidag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti – 3-cü qrupu bu gün saat 10:00-da yola salınacaq.

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dalidag.az

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gündəlik təsdiq edildikdən sonra YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov hesabat məruzəsi ilə çıxış edib. Məruzədə bildirilib ki, hesabat dövründə rayon təşkilatında görülmüş bütün işlər Yeni

Türkiyənin Kəmər bölgəsindəki Parion antik liman şəhərinin qalıqları arasında qədim məzar daşı aşkar olunub. Bu barədə “Daily Sabah” məlumat yayıb. Məlumata görə, məzar daşının azı 1900 il öncəyə aid olduğu bildirilib. Eni və uzunu 1 metr olan daş arxeoloqlar tərəfindən dəyərli tapıntı kimi qiymətləndirilib. Məzar daşının üzərində ön planda qadın və kişi fiqurları, arxa fonda isə qullıqçular və masa təsvir olunub. Daşın üzərində yazılar da həkk edilib. Həmçinin, tapıntının əhatəsində daha 10

“ Söz adamları ”-dünyanın az adamları İmarət Cəmilli “Sınan qəlb yanğısı” ilə “Bir bacı itirmşəm”,-deyir, harayladığı isə laylası çalınmayan X ocalı sıdır Janrsız yazı... Yəqin ki, bu yazının janrı bilinməyəcək. Çünki jurnalistikanın heç bir janrında yaza bilmədim. Xeyli düşündüm. Bəlkə elə bu da bir “yenijanr”dır,-dedim. Qələm titrədi, gözlərim tor gətirdi iki nəmnəzik kitabçanı oxuyub sonuncu səhifəsində dərindən ah çəkincə. Qələm adamları ilə həmsöhbət olmaq da yaxşıdı, ondan yazmaq da. Amma

Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların onlayn qaydada növbəti qəbulu keçirilib. Dalidag.az -ın xəbərinə görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınması və İcra

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Xankəndi poliqonunda müasir döyüşlərin aparılması taktikasını işləyib hazırlayıblar. Dalidag.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, heyətə partlayıcı maneələri aşmaq, kiçik düşmən qruplarına atəş açmaq və döyüş zamanı şərti olaraq vurulmuş zirehli personal daşıyıcısını təxliyə etmə təlimi keçirilib. Ümumilikdə, Rusiya sülhməramlı kontingentinin
Yazı axını