Reklam
YAP Kəlbəcər rayon təşkilatının X hesabat konfransı keçirilib
04-08-2021 13:06
Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəlik təsdiq edildikdən sonra YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov hesabat məruzəsi ilə çıxış edib.
Məruzədə bildirilib ki, hesabat dövründə rayon təşkilatında görülmüş bütün işlər Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi, partiyamızın Sədri cənab İlham Əliyevin nitq və çıxışlarından irəli gələn vəzifələr, eləcədə, partiyanın Mərkəzi Aparatının tövsiyə və tapşırıqları yüksək keyfiyyətlə həyata keçirilib.
Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Ramil Salmanovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatı Gənclər Birliyinin sədri Hikmət Bağırov, YAP Kəlbəcər rayon təşkilatı Qadınlar Şurasının sədri Şəlalə Məmmədova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb. Gələcəyə doğru inamla irəliləyən YAP cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə qələbə qazanması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə, partiyanın gələcəyinə böyük inama əsaslanır.
Konfransda YAP Kəlbəcər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 04-08-2021 13:06
Baxış sayı: 3297Yazı axını
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















