Hüquqşünas: “Gərək həmin ifadəni məhkəmədə də təsdiq etsin” Ukraynada azərbaycanlı iş adamını öldürməkdə ittiham olunan general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə Bakı Hərbi Məhkəməsində proses davam etdirilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilən şəxslərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq rəhbəri Nazim İbrahimov olub. İş üzrə hələ 2003-cü ildə dindirilən Nazim İbrahimov ifadəsində Elçin Əliyevi 1994-cü ildən tanıdığını, həmin vaxtlar

Avqustun 10-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Qarşı tərəf cavab atəşi ilə

Ermənistan Azərbaycanın Rusiya sülhməramlılarının nəzarəti altında olan torpaqlarına öz hərbçilərini göndərir. Hadisələrin bu cür inkişaf ssenarisinin mümkünlüyü 2020-ci ilin noyabrında Rusiya hərbi kontingentinin Qarabağa gəldiyi andan aydın idi. O vaxt general Muradov belə bir söz demişdi: “Burada hər şey SSRİ-də olduğu kimi olacaq”. Xatırlatmaq istərdim ki, məhz SSRİ dövründə — 1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti ilə Qarabağ məclisinin “Ermənistanın və Qarabağın birləşməsi

Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edildi və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənildi. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra

"Yaxın vaxtlarda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Ağdam sakinləri üçün Ağdama turlar təşkil ediləcək". Dalidag.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Dövlət Agentliyinin sədri Fuad Nağıyev deyib. O qeyd edib ki, agentliyin əməkdaşları azad olunmuş ərazilərə tez-tez gedir və tədqiqatlar aparırlar: "Həmin ərazilərə turları təşkil edərkən ilk növbədə mütləq şəkildə təhlükəsizliyin təminatını həyata keçirmək vacibdir. Buna görə qaydalar, marşrut tam müəyyənləşdikdə Ağdam

[spoiler][/spoiler] Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra rəsmi Bakı “Qarabağ məsələsinin” birdəfəlik tarixdə qaldığını bildirdi və yeni geosiyasi reallıq yaratdı. Və hərçənd rəsmi İrəvan yekun sülh müqaviləsinin imzalanmasını hər cür əngəlləməyə və ləngitməyə çalışsa da, erməni siyasətçiləri Rusiya sülhməramlılarının nəzarətindəki ərazilərdə qalan yaşayış məntəqələrinin xüsusi statusu mövzusunu fırlatsa da, rəsmi Bakı vaxtilə Azərbaycan ərazilərində

Ermənistandan Qarabağa yenidən əsgər daşındığı haqda məlumatlar yayılıb: 12 “Kamaz”, 3 “Ural” və digər yük maşınları ilə şəxsi heyət rus sülhməramlılarının nəzarət etdiyi bölgələrə daşınır, o cümlədən, mülki geyimli hərbçilər minik avtomobillərlə Qarabağa keçir (Caliber.az); Bu, məlum məsələdir, müharibədən sonra rus sülhməramlılarının şərait yaratması ilə Ermənistandan Qarabağa əsgər daşınıb. Proses ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatından sonra bir qədər səngidi.

Ötən gün səhər saatlarında DTX-nın Hərbi Hospitalında saxlanılan keçmiş baş prokuror və səfir Eldar Həsənov növbəti dəfə huşunu itirərək yıxılıb. Dalidag.az xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat yayıb. O bildirib ki, yıxılmağı səbəbindən E.Həsənovun bədənində təhlükəli olmayan zədələr yaranıb: “Xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal

Laçın şəhəri boşdur, orada bir nəfər də sakin yoxdur, hər yer bağlıdır, mağazalar işləmir. Laçında Rusiya sülhməramlılarının postlarından və keçib gedən avtokolonlardan başqa heç nə yoxdur. Dalidag.az turan.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın güc qurumlarından birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib. Onun sözlərinə görə, Laçın dairəsində ancaq Ermənistan nömrəsi olan 3-4 avtomobil görüb, halbuki, bu dairədən hər gün çoxsaylı ağır hərbi texnikaya malik Azərbaycan

Avqustun 8-i saat 13:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dalidag.az
Yazı axını