Reklam

Erməni əsgərlər gətirilir: Muradov noyabrda nə demişdi?
10-08-2021 18:26

Dalidag.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib.
“Mən bir aydır deyirəm ki, Azərbaycana qarşı müharibə və Qarabağdan imtina etməmək prinsipləri Ermənistan üçün Konstitusiya vəzifəsidir. Buna görə də erməni siyasətçilərin və hərbçilərin bu vəzifəni icra etməyəcəyinə ümid etmək sədalövhlük olardı. Onlar öz ölkələrinin qanunları çərçivəsində ciddi fəaliyyət göstərirlər, Rusiya sülhməramlıları isə bu işdə onlara de-fakto kömək edirlər. Buna görə də Ermənistan tərəfinin təşəbbüsü ilə Qarabağda hər hansı hərbi-siyasi gərginləşmə yaradacağına Azərbaycan Ordusu hazır olmalıdır”, - deyə müsahibimiz qeyd edib.
Onun sözlərinə görə, əlbəttə ki, heç bir genişmiqyaslı hərbi əməliyyatlardan söhbət gedə bilməz, amma Ermənistanın taktiki qrupların kifayət qədər böyük silahlı təxribatına hazır olmaq lazımdır:
“Rusiya sülhməramlıları öz məsuliyyət zonasından Azərbaycana qarşı ciddi bir təxribata imkan verməyəcək. Çünki söhbət Rusiya sülhməramlılarının nüfuzundan gedir. Burada dərhal iki əsas məsələ həll olunur: ermənilər vəziyyəti gərginləşdirir və bununla da vaxt udmağa çalışır; Qarabağ regionunda Rusiyanın hələ də söz sahibi olduğunı sübut edir.
Tamamilə aydındır ki, bu halda rəsmi Bakı antiterror əməliyyatı keçırə də bilməyəcək. Çünki buna Rusiya mane olacaq”.
Dalidag.az



Yazı axını
13 / 10 / 2025
12 / 10 / 2025
11 / 10 / 2025
11 / 10 / 2025
10 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
09 / 10 / 2025
08 / 10 / 2025
08 / 10 / 2025
07 / 10 / 2025
07 / 10 / 2025
06 / 10 / 2025
05 / 10 / 2025
05 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
04 / 10 / 2025
02 / 10 / 2025
01 / 10 / 2025
01 / 10 / 2025
30 / 09 / 2025
29 / 09 / 2025
Ən çox oxunanlar