Reklam
"Ümid edirəm ki, "Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam..."- Vəkildən həyacanlı çağırış
09-08-2021 16:40
Ötən gün səhər saatlarında DTX-nın Hərbi Hospitalında saxlanılan keçmiş baş prokuror və səfir Eldar Həsənov növbəti dəfə huşunu itirərək yıxılıb.Dalidag.az xəbər verir ki, bu barədə Eldar Həsənovun vəkili Cavad Cavadov məlumat yayıb.
O bildirib ki, yıxılmağı səbəbindən E.Həsənovun bədənində təhlükəli olmayan zədələr yaranıb:
“Xoşbəxtlikdən başından hər hansı zədə almayıb. Tibbi yardım göstərilsə də, başgicəllənmələr 15-20 dəqiqə ərzində dayanmayıb və həkimlər bunun həyəcanverici siqnal olduğunu bildiriblər”.
Vəkilin sözlərinə görə, həmin gün saat 11:30-da Eldar Həsənov onunla və müstəntiqlə görüşə əlil arabasında gətirilib:
“Özünün bildirdiyinə görə, həkimlər ona bu vəziyyətdə artıq sərbəst (hətta çəliklə belə) hərəkət etməyi israrla qadağan ediblər”.
C.Cavadov hazırkı kritik durumu nəzərə alaraq, Baş prokuror Kamran Əliyevə Eldar Həsənovun müalicəsinin ixtisaslaşmış xəstəxanada və həbssiz davam etdirilməsi üçün yeni vəsatət ünvanladıqlarını bildirib.
“Çox ümid edirəm ki, heç olmasa bu müraciətə müsbət yanaşılacaq və mən “Eldar Həsənovu artıq itirdik” statusunu yazmalı olmayacam. Heç bir şişirtmə olmadan bildirirəm ki, hər şey ona doğru gedir”, - deyə vəkil qeyd edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 09-08-2021 16:40
Baxış sayı: 4536Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























