Reklam
Ermənilər təşviş içində: Bakı dəhlizi bağlasa...
25-08-2021 13:00

Azərbaycan Qarabağda nəzarəti tam ələ keçirmək istəyirsə, öncə Laçın dəhlizinə nəzarət etməlidir. Bu bizim üçün bir seçim yox, zərurətdir. Çünki ermənilər sözün əsl mənasında Laçın dəhlizini karvansaraya döndəriblər. Dəhlizdən silah-sursat, texnika, müxtəlif növ mallar Qarabağa daxil olur. Rəsmi Bakı bunun qarşısını tez bir zamanda almalıdır.
Dalidag.az xəbərr verir ki, bu sözləri axar.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Laçın dəhlizinin bağlanması haqda xəbərlərin yayılması məntiqi gedişatdır:
“Çünki ermənilər başa düşməlidir ki, onlar Azərbaycan qanunlarına tabe olmasa, separatçılar silahları təhvil verməsə, rəsmi Bakı lazımi tədbirlər görəcək. Bu tədbirlərdən biri də məhz Laçın dəhlizinin bağlanmasıdır. Görünür, bunu artıq ermənilər də yaxşı anlayır”, - politoloq bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı üçün hazırda başlıca prioritet məsələ Zəngəzur dəhlizinin açılmasıdır:
“Ermənilər hələ ki, bu məsələdə müqavimət göstərirlər. Təbii ki, rəsmi İrəvanın bu cür məsuliyyətsiz davranışları Azərbaycan tərəfindən də birmənalı qarşılanmır. Xüsusilə Azərbaycan ictimaiyyətində bu gün haqlı bir tələb var ki, Ermənistan Zəngəzur dəhlizini açmırsa, biz də Laçın dəhlizini bağlamalıyıq. Bütün bu prosesləri ermənilər yaxından izləyirlər. Buna görə də hazırda sosial şəbəkə, media üzərindən təşvişə qapılıblar. İndiki halda ermənilərin təşvişə qapılması bizim üçün faydalıdır. Onlar birmənalı olaraq bunu anlamalıdır ki, Qarabağda Azərbaycan qanunlarına tabe olub yaşamaq istəmirlərsə, qapı açıqdır, gedə bilərlər. Onu da qeyd edim ki, bəzi ermənilər hazırda Azərbaycan qanunları ilə yaşamaq istəyirlər. Sadəcə, onlar qorxularından səslərini çıxara bilmirlər”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 25-08-2021 13:00
Baxış sayı: 4250Yazı axını
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
19 / 05 / 2026
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
Ən çox oxunanlar
22-05-2026 21:12

18-05-2026 18:20

17-05-2026 13:15



























