"Avqustun 31-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşü gözlənilir. Bu görüşdən əvvəl Ermənistanı bir xeyli sıxdılar". Dalidag.az xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. E. Vəliyev bildirib ki, Azərbaycan Gorus-Qafan yolunu bağlayaraq şərtlər diktə edib: "Bu bir bildiriş mesajı idi, yəni Ermənistan tərəfinə başa salındı ki, güclər kimin əlindədir, gərginlik yaranacağı təqdirdə çətin vəziyyətdə qalacaq tərəf hansıdır. Dolaysı

Azərbaycan xalqı uzun 10 illiklər ermənilərin terroruna, törətdikləri qırğınlara, soyqırım və işğal siyasətinə məruz qalıb. Xalqımızın heç zaman unutmayacağı erməni vəhşiliyindən biri də qan yaddaşımıza çevrilən Ballıqaya faciəsidir. 1992-ci ilin yay aylarında Laçın rayonundan qaçqın düşmüş və Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yaxın qohumluq münasibətləri olan altı ailə heyvandarlıq üçün əlverişli olan Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşmışdı. 18 may 1992-ci il

Kəlbəcərdə yabanı halda bitən külli miqdarda narkotik bitkisi aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kəlbəcər Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirləri keçirilib. Əməliyyat nəticəsində rayonun Zar kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 850 kiloqram olan 17985 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Dalidag.az

Bəzi KİV-də və sosial şəbəkələrdə Şuşa şəhəri istiqamətində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı qeyri-dəqiq məlumat yayılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. "Bildiririk ki, əsgər Həziyev Çingiz Ramin oğlu xidmət etdiyi hərbi hissədə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olub. İlkin araşdırmalara görə, hərbi qulluqçu intihar edib və buna səbəb ailə-məişət problemləri olub. Müdafiə Nazirliyi etik qaydalara riayət edərək hadisənin təfərrüatlarını açıqlamır. Hazırda faktla

Erməni terrorçu-quldur birləşmələri tərəfindən törədilən və tarixə qanlı və amansız cinayət kimi düşən Ballıqaya qətliamının növbəti ildönümüdür. Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş qətliamdan 29 il ötür. Tarixdə Ballıqaya qətliamı kimi yad edilən faciə 1992-ci ilin avqustun 28-də, səhər saat 5 radələrində Goranboy rayonunun Ballıqaya kəndində baş verib. Qətliam nəticəsində aralarında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə və 93 yaşlı ahıl qadın da

Putin Paşinyanla telefonda Qarabağı və sərhəddə baş verənləri müzakirə edib. Əsas sual: Putini gecəyarısı Paşinyanla təmas qurmağa vadar edən nədir? Rusiya prezidentinin Gorus-Qafan yolunun açılmasından sonra erməni baş nazirə zəng etməsi mümkün versiyanı önə çıxarır: rusların vasitəçiliyi ilə iki gün davam edən danışıqlarda Bakının irəli sürdüyü tələblər bilinəndən böyükdür; Danışıqların iki nəticəsinin olduğu haqda məlumatlar var: Azərbaycan yolda keçid məntəqəsi qurur; Ermənistan yolun 21

"Azərbaycan nə istəsə edə bilər. Amma bütün istəklərin bədəli var”. Dalidag.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Azərbaycan Ermənistandan gələn Laçın yolunu 10 noyabr bəyanatının 4-cü bəndinin (qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması) yerinə yetirilməməsi ilə əsaslandırıb bağlaya bilərmi" sualını cavablandırarkən deyib. Politoloq qeyd edib ki, 10 noyabr bəyanatında Azərbaycan və Ermənistandan başqa üçüncü dövlətin də imzası var:

Zəngəzur bölgəsindən keçən Gorus- Qafan yolunun açılması ilə bağlı üçtərəfli danışıqlar davam edir. Dalidag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb. Məlumata əsasən, danışıqlar Azərbaycan tərəfi ilə MTX-nin hərbçiləri və Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) sərhəd bölmələrinin iştirakı ilə keçirilir. Bildirilir ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti qarşı tərəfə azərbaycanlı sərhədçilərdən birinə edilən hücumla bağlı məlumat

Avqustun 23-də Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilən ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazilərə daxil olmaq istəyən Bəhrəm Əhmədli, Rəfi Mamedov, Qabil Əhmədov, Ceyhun Məmmədov və Əjdər Əhmədov saxlanılıb. Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdarlıq

Sabah Şuşada Vaqif Poeziya günləri keçiriləcək Dalidag.az-a daxil olan məlumata görə, Azərbaycan Yazıçılar Birliyinin üzvləri bu tədbirdə iştirak edəcəklər. Xaricdən şair və yazıçıların da tədbirə dəvət edildiyi bildirilir. Vaqif Poeziya günlərinə Vətən müharibəsində iştirak etmiş qazi şairlər də qatılacaqlar.
Yazı axını